YORGUNLUQ

Halsızlıq və yorğunluqdan necə xilas olmalı?

Baxış sayı: 1. 042

Yay mövsümü ilə əlaqədar həm havada, həm də vücudumuzda temperatur artır. Bu halda sağlamlığımız üçün ən vacibi su içməkdir. İtirdiyimiz maye orqanizmimizdə halsızlıq, baş gicəllənməsi, təzyiqin düşməsi, böyrək çatışmazlığı, hətta huşun itməsi kimi problemlər yarada bilər.

Xüsusilə ürək, böyrək və ya qaraciyər xəstəliyindən əziyyət çəkən xəstələrin qəbul etdikləri suyun miqdarını həkimləri təyin etməlidir. Əgər sağlam insanlar gün ərzində həddindən artıq su itirmirlərsə, 2-3 litr su içməlidirlər.

Yaşlılar və uşaqlar diqqətli olmalıdır

Həyatımız üçün əvəzedilməz bir maddə olan suyun vücudumuzdakı tarazlığı böyrəklər başda olmaqla bir çox orqanlar tərəfindən tənzimlənir. Sidik, nəcis, tər və tənəffüs yolu ilə itirdiyimiz suyu yediyimiz qidalar, içdiyimiz su mayelərlə bərpa edir, orqanizmimiz üçün zəruri olan tarazlığı qeyri-iradi təmin edirik. Yay vaxtlarında, xüsusilə də havaların isti keçdiyi günlərdə tərlə daha cox maye itiririk. Maye itkisi yaşlılarda və uşaqlarda daha cox nəzərə çarpır. Açıq havada oynayan uşaqlar da hiss etmədən maye itirirlər və ishal (qusma) kimi maye itirən yaşlılar və uşaqlar daha ciddi problemlərlə qarşılaşa bilərlər.

Maye itkisi böyrək çatışmazlığı və huşun itməsinə səbəb ola bilər

Su itkisinin əsas əlaməti susuzluq, halsızlıq və ağız quruluğudur. Halsız insan özünü pis hiss edər, hərəkət etməsi məhdudlaşar. Su itkisi artdıqca isə baş gicəllənməsi, təzyiqin düşməsi halı ortaya çıxar. Bu hal daha da artarsa, nəbzi tez-tez vurar, əzələləri boşalar, böyrək çatışmazlığının yaranması ilə huşunu da itirər. Daha çox maye çatışmazlığı olduqda isə ürək, beyin, böyrək, qaraciyər kimi orqanlarda problemlər yaranır və bunları müalicə etməkdənsə, qarşısını almaq daha rahatdır.

Su içmirsinizsə, sulu meyvələrdən istifadə edin

Su içməyən və ya içməyi sevməyən insanlar sulu məhsullar ilə bu tələbatı ödəməlidirlər. Meyvə suları, çay, kompotlar, ayran, süd, qarpız, qovun kimi meyvə və tərəvəzlər doğru seçimdir. Meyvə suları şəkər xəstələrinə və uşaqlara zərər verə bilər. Duzlu ayrandan isə ürək və yüksək təzyiqi olan xəstələrin istifadə etməsi məsləhət görülmür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir