duz

Duzlu yeməkdən kimlər imtina etməlidir?

Baxış sayı: 1. 089

Əgər həkimlər “diffuz skleroz” diaqnozu qoyublarsa, qida rasionunda çox duzlu yeməklərdən imtina etmək lazımdır, hətta nisbətən az miqdarda duz da xəstəliyin şiddətlənməsinə səbəb ola bilər.

“Gencaile.az” saytı  “The Toronto Sun” qəzetinə istinadən xəbər verir ki, Raul Karrea adına Nevroloji Tədqiqatlar İnstitutunun (Toronto, Kanada) alimləri belə qənaətə gəliblər. Alimlər istehlak olunan duzun miqdarı ilə xəstəliyin gedişi arasında əlaqəni araşdıraraq müəyyənləşdiriblər ki, diffuz sklerozundan əziyyət çəkən adam nə qədər çox duzlu yemək yesə, onun əsas xəstəliyi ilə bağlı problemləri də bir o qədər çox olar.

Alimlər zəifləyən formalı diffuz sklerozu olan 70 pasiyentin sidiyini və qanını analiz ediblər. Analizin nəticələrinə əsasən könüllülərin bir gün əvvəl nə qədər duz qəbul etdiklərini demək mümkün olub. Doqquz ay ərzində hər pasiyentdən üç dəfə bioloji maye (qan və sidik) nümunələri analiz edilib.

2016-cı ildən 2018-ci ilədək məlumat toplanıb. 2019-cu ilin əvvəlində eyni diaqnozlu 55 pasiyentin iştirakı ilə analoji tədqiqatlar aparılıb. Adamlar hərəsi gündə orta hesabla 4 qram duz qəbul ediblər. Bəziləri duzun miqdarını iki qramadək azaldıblar. Mütəxəssislər pasiyentlərə qəbul etdikləri duzu azaltmağı məsləhət görürlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir