qadin

Gəlinlik dəbində yeni ERA – FOTOLAR

Baxış sayı: 1. 487

Minimalist üslubun təbliğatçısı rolunda çıxış edən dünya şöhrətli dizayner Viktoriya Bekhem gəlinlik stilini dəyişmək niyyətindədir.

“Gencaile.az” xarici mətbuata istinadən xəbər verir ki, məşhur futbolçunun xanımı toy müvsümü ərəfəsində “Victoria Beckham” brendinin gəlinlik xəttini buraxıb. Kolleksiyanın hazırlanmasında Viki sadəcə sadəliyi sevən gəlinləri nəzərə alıb. Bu kolleksiyada siz qabarıq ətəklər, zərli və bər-bəzəkli ənənəvi gəlinliklər görə bilmərsiniz, əvəzində isə ağ kostyumlar yer alıb.

Dəb ekspertləri bildirib ki, Viki bu addımı ilə gəlinlik dəbinə yeni nəfəs gətirmək niyyətindədir. 20 il sonra toy fotolarına baxdığınızı düşünün, belə bir obraz seçdiyiniz üçün heç bir halda heyifsilənməyəcəyiniz dəqiqdir.

gelinlik4

gelinlik3

 

gelinlik2

gelinlik




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir