Sarımsaqlı qırmızı şərab orqanizm üçün əsl möcüzədir. “Gencaile.az” oxucuları sarımsaq cövhərinin hazırlanma qaydası və faydaları ilə tanış edir.
Şəffaf butulkaya hər biri 4 hissəyə bölünmüş 12 diş sarımsaq qoyun. Sonra üzərinə üç stəkan qırmızı şərab tökün. Qapağını möhkəm bağlayıb butulkanı pəncərinin günəşli tərəfində 2 həftə saxlayın. Hər gün 2-3 dəfə çalxalayın. Sonra süzüb cövhəri tünd butulkaya tökün.
Bir ay ərzində gündə 3 dəfə olmaqla bir çay qaşığı qəbul edin.
Möcüzəvi vasitə bədəndən duzu çıxaracaq, məhsuldarlığı artıracaq, immuniteti gücləndirəcək, qan damarlarını və qanı təmizləyəcək, həmçinin ürək fəaliyyətini yaxşılaşdırıb tonusu bərpa edəcək.