“Əgər ən yaxşı seks qalmaqaldan sonra yaranırsa, bu, müvəqqətidir, çox keçməz aranızda ancaq mübahisələr qalar”.
“Əgər ilk, ikinci və üçüncü görüşdə kişi ilə rahat ola bilmirsinizsə, dördüncünü təyin etməyin. İlk görüşdə kişi özünü daha yaxşı göstərməyə çalışır və əgər onun yanında özünüzü narahat hiss edirsinizsə, bu münasibətlərdən yaxşı heç nə gözləməyə dəyməz”.
“Özünə lazım olmayan insan heç kəsə lazım deyil. Özünü olduğu kim qəbul edən insan gündəlik problemlərə baxmayaraq, həyatı zövqlə və dolğun yaşayır”
«Paradoks ondan ibarətdir ki, kişilər sadəcə olaraq həyasız qadınları xoşlayırlar».
«Biz sevgini əzabların hüdudları ilə qiymətləndiririk. Halbuki sağlam sevgi sənin nə qədər xoşbəxt olmağındır».
“Əgər ərə getmək istəyirsinizsə, sadəcə bu barədə düşünməyə son verin. Bu, kapotun üstündə gəlincik, duvaq və digər zir-zibil arzulamağa bərabərdir. Sağlam insanlarda vəziyyət bir qədər başqa görünür. Birincisi, onların sevməyə ehtiyacı var. Və bu tələbat imkan verir ki, onları sevən kişi ilə tanış ola bilsin”.
«Sağlam insanlar həmişə özünü, nevrozlar isə özünə ziyan verən münasibətləri seçir. Bax bu, onlar arasında başlıca fərqdir».
«Heç bir halda evli kişi ilə münasibət qurmağa dəyməz. Vaxtınızı boşa itirməyin. Evli kişiyə arvad lazım deyil, o, onsuz da evində var».
“Əgər ərə getmək istəyirsinizsə, kimləsə görüşürsünüzsə, hətta bir il yarım birlikdə yaşayırsınızsa və heç nə dəyişmirsə, ondan ailə qurmaq və toy etmək istədiyi barədə soruşmaq lazımdır. Əgər kişi ailə qurmağa hazır deyilsə, deməli, onunla vidalaşmağın vaxtıdıtr. Əlbəttə ki, yaxşı yolla. Məsələn, “Sənə çox isti yanaşıram və eyni ruhda davam edəcəm, amma səndən uzaqda” deyə bilərsiniz”.
“Əgər kimsə bir insan üçün bütün dünyanı əvəz edirsə, deməli, o insanın öz dünyası yoxdur”.
“İllərlə evdə oturub ev təsərrüfatı və uşaqların tərbiyəsi ilə məşğul olan qadın «xarablaşır». Bu, qaçılmazdır. Nəticə etibarı ilə kişi bu qadınla darıxmağa və onu səfeh hesab etməyə başlayır. Bu isə boşanmağa doğru atılan yarım addımdır”.
«Yalnızlıq — ətrafında sevginin olmaması yox, özünə marağın olmamasıdır».
“Əgər o, sizi narahat edirsə, ayrılın. Tək qalmaqdan qorxmayın. Dünyada heç bir kişi ona görə özünü sındırmağa, onun qarşısında əyilməyə, onun uğrunda arzu və ehtiyaclarından vaz keçməyə layiq deyil. Heç bir kişi!”
«Hər şey sadədir. Sizə ya birlikdə yaxşıdır, ya da sadəcə ayrılmaq lazımdır. Özü də ipoteka almazdan və 3 uşaq doğmazdan əvvəl».
«Psixoloji cəhətdən sağlam olan insan öz hisslərinə istiqamətlənir və həmişə özünü seçir. Nə sevgi, nə də gözəllik qurban tələb etmir. Əgər tələb edirsə, bu, dəqiq sizin hekayəniz deyil. Aradan sürüşün. Elə bir hədəf yoxdur ki, uğrunda uğursuz münasibətlərə dözmək lazım gəlsin».
«Partnyorunda axtardığı yeganə keyfiyyət səni özünə cəlb etməsidir. Qalan heç bir məsələ heç bir rol oynamır. Əgər onu sevirsənsə, ona görə narahat olur və həyəcanlanırsa, onda heç bir “planka” yoxdur».
“Özünü sevməyən insanlar bir-birini sevə bilməz, odur ki, belə cütlük xoşbəxt ola bilməz”.
“Ərə getmək üçün nə etmək lazımdır? Sadəcə bir şeyi etmək lazımdır – özün olmaq. Bu, kifayətdir. Prinsipcə, təkcə buna görə sevirlər”.
“Əgər onun sizinlə davranışı xoşunuza gəlmirsə, xoşagəlməz nə isə edin, ona bu barədə bir dəfə deyin. Əgər vəziyyət dəyişmirsə, “Xoşgetdin”.
«Normal insan sayğı duyulmayan münasibəti davam etdirməz. Və belə münasibətə ümumiyyətlə başlamır».
“İnsan həyatının girov hesab edildiyi bir dövr var ki, valideynlərindən obyektiv şəkildə asılı olur. Bu, uşaqlıq və valideynlərdən asılılıqdır. Amma bu dövr qısa çəkir. Qalan bütün hallarda istənilən münasibətlərdə yetkin insanın seçimi dayanır”.
Mixail Labkovski
psixoloq, yazıçı və aparıcı