Daha yaxşı edilə bilməyən avtomobil yoxdur. Amma bəzi maşınlar hissələrin mövcudluğu ilə əlaqədar olaraq daha uyğundur.
Amma heç kimə sirr deyil ki, hər bir avtomobil həvəskarı iki kateqoriyaya bölünür: bəziləri avtomobil alıb ancaq sürməyə, digərləri isə hər zaman öz avtomobillərini hər cür vasitələrlə təkmilləşdirməyə üstünlük verirlər.
Əslində qeyd etmək lazımdır ki, istənilən avtomobili təkmilləşdirmək mümkündür, sadəcə bəzi dəyişikliklər üçün böyük məbləğ tələb oluna bilər. Buna görə də hər kəsin cibinə uyğun tüninq üçün ən uyğun 5 modeli tərtib etdik.
Reytinqimizin ilk yerində rus markası Lada yerləşir. Bu rus brendinin bütün modelləri ən azı bir dəfə tüninq edilir. Avtomobil həvəskarları içərisində ən məşhur olan VAZ 2110 və Priora modelləridir. Qeyd edək ki, rus maşınları bazarda ucuz qiymətinə görə geniş yayılmışdır.
Reytinqin ikinci yeri Volkswagen Groupe avtomobil konserninə, məhz Audi, Skoda və bilavasitə Volkswagen-ə məxsusdur. Ona görə də avtomobil həvəskarları çox vaxt bu modelləri seçirlər: Audi A4 və A6, Skoda Octavia və Superb, Volkswagen Golf.
Tüninq üçün ən uyğun maşınların üçlüyünü Subaru bağlayır. Müasirləşdirmə üçün uyğun model Impreza-dır. Çox vaxt marka pərəstişkarları avtomobilin ralli versiyasını təkrarlamağa çalışırlar, amma digər dəyişikliklər də bu maşına yaraşır.
Bundan başqa, reytinqə daha bir yapon markası – Mitsubishi də daxil olub. Çox vaxt avtomobil həvəskarları Lancer-in 8, 9 və 10-cu nəsillərini modifikasiya etməyi üstün tuturlar. Bununla belə, onuncu nəsil maksimum potensiala malikdir, belə ki, marka dizaynerləri əvvəlcədən avtomobilə idman baxışı veriblər. Qeyd etmək lazımdır ki, modernləşdirmə Mitsubishi Lancer Evolution modeli üçün də mümkündür, amma bu artıq başqa söhbətin mövzusudur.
Beşliyi bavar brendi BMW bağlayır. Avtomobil markasının qiyməti yüksək olduğundan tüninq üçün optimal obyektə “köhnə” nümunələr çevrilir, amma cibi dolu olan yeni markaları da modifikasiya edə bilər. Avtomobil brendi üçün çoxsaylı tüninq elementləri, həmçinin effektiv azarkeş dəstəyi və müxtəlif atelyelər mövcuddur.
“32cars.ru”