masin

Dünya liderlərinin istifadə elədiyi avtomobillər

Baxış sayı: 1. 038

Kəlbəcərin icra başçısı Aqil Məmmədova xidməti avtomobil alınması üçün tender olunması və bahalı “Mercedes S350″ markalı avtomobili nəzərdə tutulması, sonra tenderdən imtina edib, ”Khazar Peugeot” maşını alınması bir mövzunu aktuallaşdırdı: görəsən dünya liderləri, prezidentlər hansı model avtomobildən istifadə edirlər?

Internet üzərindən apardığımız araşdırma zamanı məlum oldu ki, elə bu günlərdə Belarus prezidenti Aleksandr Lukaşenko avtoparkına ən yeni “Mercedes-Maybach Pullman Guard”ı əlavə edib. Söhbət “Mercedes” kompaniyasının gülləkeçirməz avtomobilindən gedir. Avtomobilin qiyməti təxminən 1,4 milyon avro təşkil edir. Belarus liderinin avtomobili ilk dəfə “Dinamo” stadionunun yaxınlığında, II Avropa Oyunlarının bağlanış mərasimi zamanı görüntülənib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Mercedes S600" ile ilgili görsel sonucu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Mercedes S600″ markalı maşından istifadə edir. Ərdoğanın kortejinə 7 avtomobil, o sırada ”BMW 760 Long” daxildir. Zirehli avtomobildə eyni zamanda bioloji silahlardan qorunmaq da mümkündür.

ABŞ prezidenti Donald Tramp “Cadillac One” ile ilgili görsel sonucu

ABŞ prezidenti Donald Tramp “Cadillac One” maşınından istifadə edir. Barak Obama da zirehli “Cadillac”dan istifadə edirdi. Onu qeyri-rəsmi “əjdaha” da adlandırırdılar. “Cadillac prezidential” limuzinin qiyməti 2 milyon dollardır.

Vladimir Putinin kortejinə ile ilgili görsel sonucu

Rusiya prezidenti Vladimir Putinin kortejinə “Mercedes G-Class”, “Mercedes E-Class”, “BMW 5-Series” və “Volkswagen Caravelle” daxildir. Yəni o, alman maşınlarına üstünlük verir. Roma papalarının istifadə etdiyi “Mercedes-Benz M-Class” avtomobilidir. Qiyməti 524 min dollardır.

“Hongqi Limousine” ile ilgili görsel sonucu

Çin Xalq Respublikasının rəhbəri Si Cinpin dövlət işlərində 801 minlik “Hongqi Limousine” avtomobilindən istifadə edir.

Almaniya kansleri Angela Merkel “Audi A8", ile ilgili görsel sonucu

Almaniya kansleri Angela Merkel  “Audi A8″, Böyük Britaniya şahzadəsi II Yelizaveta ”Bentley State Limousine” istifadə edirlər.

Hindistan prezidenti Pranab Kumar Mukerci “Mercedes Benz S600" ile ilgili görsel sonucu

Hindistan prezidenti Pranab Kumar Mukerci “Mercedes Benz S600″ modeli, Böyük Britaniyanın baş naziri Tereza Mey (istefa versə də, səlahiyyətlərini icra edir – E.S.) zirehli ”Yaquar XJ”, İtaliya prezidenti Sergio Mattarella “Lança Tezis”, Cənubi Koreya prezidenti Mun Çje İn  “Hyundai Equus VL500″, Fransa prezidenti Emmanuel Makron ”Citroen DS 7″ avtomobillərində olurlar.

Yapon hökuməti nəqliyyat seçiminə ciddi yanaşır. Seçimləri isə “Toyota”dır. Bu avtomobilin gülləkeçirməz kuzovu, rahat solun var. V12 obrazlı, 48 klapanlı mühərriki var. Bundan başqa, Yakudzalar da bu maşını çox xoşlayırlar.

Norveçdə hökumət “Binz Limousine” modelinə üstünlük verir. İlk dəfə Norveçdə 2012-ci ilin sonunda peyda olub. Kral V Harald yeni maşınını təqdim edib. Uzaq səfərlər üçün əladır. Təhlükəsizlik yüksək səviyyədədir. Avtomatik dayanma və mühərriki işə salma sistemi yanacağa qənaət etməyə imkan verir.

Amma Avropanın yüksək sivilizasiyaya çatmış bəzi dövlətlərində baş nazirlər, nazirlər xidməti avtomobildən istifadə eləmirlər. Onlar daha çox velosipedə, ictimai nəqliyyata üstünlük verirlər.  Dünyada ekoloji problemlərə diqqətin artması, avtomobil və digər mühərrikli nəqliyyat vasitələrin havaya zərərli qazlar buraxması fonunda dövlət başçıları da velosipeddən ən ideal nəqliyyat vasitəsi kimi geniş istifadə edirlər. Velosiped sürməyin həm sağlamlığa, həm də yanacağa qənaət baxımından böyük əhəmiyyətinin olduğu bildirilir.

Bununla belə, hələ XX əsrdə yaşayan Vladimir Lenin zirehli “Rolls Royce”dan istifadə edirdi. Onun qarajında “Renault”, “Delanay Billville” və “Turket Mery” markalı avtomobillər də olub.

SSRİ rəhbəri olmuş Stalin isə “ZİS-115″ zirehli avtomobilindən istifadə edib. Mümkün sui-qəsddən özünü qorumaq üçün Stalin məhz bu model avtomobillə səyahət edirdi.

Azərbaycan prezidenti İlham Əliyev rəsmi səfərlərdə zirehli “Maybach 62″ limuzinindən istifadə edir. Bundan başqa, onun ixtiyarında xidməti istifadəsi üçün sifarişlə hazırlanmış ”Mercedes-Benz W221 S600 Guard Pullman” zirehli avtomobili də var.

 

Emil SALAMOĞLU




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir