Xüsusən yay aylarında salatlardan geniş istifadə olunur. Bunu nəzrə alaraq, bu dəfə sizə almalı salatın necə hazırlanması haqqında məlumatı təqdim edirik.
Almalı salatın tərkibi:
250 q toyuğun sinə əti, 150 q xiyar turşusu, 250 göbələk turşusu, 150 q qoz, 1 yaşıl alma, 1 təzə xiyar, xama, mayonez, duz, istiot
Hazırlanma qaydası:
Əvvəlcə götürdüyümüz bütün ərzaqları doğrayırıq. Sonra həmin məhsulları salatı hazırlayacağımız qaba əlavə edirik, duz-istiot töküb birlikdə qarışdırırıq. Daha sonra üzərindən mayonez və xamanı əlavə edib salatı hazır olana qədər qarışdırırıq. Hazırladıqdan sonra süfrəyə veririk.
Nuş olsun!