İş təcrübəniz az olsa da bu sizin üçün avantajlı ola bilər. Müraciət etdiyiniz və ya çox işləmək istədiyiniz bir şirkətin, HR mütəxəssisi ilə görüşməzdən öncə paylaşdığımız önəmli nüansları oxuyun və təcrübəniz olmadan da bir şirkətə necə faydalı ola bilməyin yollarını öyrənin! Hər hansı bir işi qazanıb-qazanmamanız məhz öz əllərinizdə olan bir şansdır.
İş təcrübəsi az olan bir namizəd olaraq işə götürülməyiniz üçün 4 səbəb:
ASANLIQLA UYĞUNLAŞA BİLƏRSİNİZ
Əvvəla siz, işinə illərini vermiş, ixtisaslaşmış bir işçinin məlumat toplusunun verdiyi dezavantaja sahib deyilsiniz. Əksinə, şirkətin məqsədləri əsasında formalaşacaq potensial bir işçisiniz.
Yeni işçinin şirkətin idarəçiliyi barəsində fikir səsləndirməsi, xüsusilə də tənqid qəbul etməyən bir menecerin qəbul etmədiyi şeydir. Bu zaman keçmişdən nümunə verməyiniz mümkün olmadığına görə, siz işəgötürənlər üçün daha uyğun işçi hesab edilirsiniz.
KİFAYƏT QƏDƏR HƏVƏSLİSİNİZ
Təcrübəsizliyin verdiyi həyəcan və gənclik coşğusu, iş üçün olduqca önəmlidir. Təcrübəsiz bir işçi olaraq ilk dəfə qarşılaşdığınız bir vəziyyətin detallarını öyrənmək üçün olduqca həvəslisiniz. Bu təkcə sizin yeniliklərə hazır olduğunuz demək deyil, eyni zamanda qarşınıza çıxan maneələri dəf etmək istədiyinizi göstərir.
İŞDƏN İKİ ƏLLİ YAPIŞIN
Təcrübəli işçilər, işlərində bəzən özlərinə sərhəd qoyurlar. Təcrübəsiz işçilər isə karyeralarının başlanğıcında olduqları üçün ön yarqıdan uzaq bir düşüncəyə sahibdirlər. Ona görə də bir işi öz üzərinə götürmək və iştirak üçün göstərdiyiniz səy sizi digərlərindən fərqləndirəcək.
ŞİRKƏT ÜÇÜN DAHA AZ XƏRCƏ BAŞA GƏLİRSİNİZ
Təbii olaraq şirkət təcrübəsiz bir şəxsi işə götürərkən öz malliyəsini də nəzərə alır. Mənfəət, şirkətlər üçün motivasiya mənbəyidir. Əslində, bu hər iki tərəfin xeyrinədir. Çünki mənfəəti olmayan bir şirkətin, öz komandasını böyütməyə ehtiyacı yoxdur. Ona görə də sizə təklif olunan maaşın, sizdən daha güclü və ixtisaslaşmış bir işçidən daha az olacağını bilməlisiniz. Ancaq az maaşla işə başlasanız belə, bu sizə iş təcrübəsi və təhsil imkanları yaradacaq. Şirkətlər, hədəflərinə çatmaq üçün daha çox, az maaşa qane olan namizədi seçirlər. Ona görə də o qədər də təcrübə tələb edilməyən işlərə müraciət etməkdən çəkinməməlisiniz. Bəlkə də şirkətlərin axtardığı işçi sizsiniz.