2019-cu ilin beş ayında qeydiyyat şöbələri tərəfindən 23 684 nikah və 7 082 boşanma halları qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,5-dən 5,8-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.
Cari ilin yanvar-may ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 709 nəfər Azərbaycana gələn, 597 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 112 nəfər təşkil edib.