komputer

DİQQƏT! Düzgün ixtisas seçimi etmək üçün bunları bilməlisiniz

Baxış sayı: 1. 135

Bu il birinci ixtisas qrupu üzrə 15 min 223 plan yeri ayrılıb, imtahanda isə 150 və ondan yuxarı bal toplayan cəmi 15 min 101 abituriyent var. Ötən illə müqayisədə bu il abituriyentlərin imtahan nəticələrində bal ortalaması da əvvəlki illərə nisbətən aşağıdır. Bu isə o deməkdir ki, düzgün ixtisas seçimi edən hər bir abituriyent tələbə adını qazana biləcək.

Bu ilin imtahan nəticələri ilə ötən illərin nəticələri arasında fərqlər var. Yüksək nəticə toplayan abituriyent sayı bu il daha azdır. Həmçinin bu il bəzi ixtisaslar üzrə plan yerlərinin sayı da artıb.

Ekspertlərin fikrinə görə, bu il abituriyentlərin tələbə adını qazanmaq şansları daha çoxdur. Bu yenilikləri nəzərə alan Dövlət İmtahan Mərkəzi ixtisas seçməyə hazırlaşan abituriyentlərə müraciət edib.

imtahan

Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadənin sözlərinə görə, bu il ayrılan plan yerlərinin sayı artırılıb. Bu isə o deməkdir ki, abituriyentlər doğru seçim etsələr, topladıqları bala uyğun olaraq ali məktəb tələbəsi adını qazana biləcəklər.

Abituriyentlər ixtisas seçimini iyulun 24-dən avqustun 6-dək olan müddətdə həyata keçirməlidirlər. 2 və 3-cü qruplar üzrə imtahan nəticələri isə yaxın günlərdə elan ediləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir