ushaqlar

Ailədə neçənci uşaqsınız? – XARAKTERİNİZİ ÖYRƏNİN

Baxış sayı: 2. 144
Maraqlıdır, evin ilk, ortancıl və ya kiçik uşaqları niyə bir-birindən çox fərqli olurlar? Amerikalı psixoloq Linda Bleyrin bu mövzuda yazılmış “Doğum sırası” (Birth Order) adlı kitabında bu məsələ ilə bağlı maraqlı məlumatlar verilir. Analitik.az bu məlumatları qısa şəkildə təqdim edir:
İLK UŞAQLAR
İlk uşaqlar ailəsini razı salmaq məsələsində digərlərindən daha həvəslidir. Çox çalışırlar və ən çox tərifi onlar almaq istəyirlər. Bu barədə statistikaya görə ilk uşaqlar şirkət rəhbərləri, prezidentlər və ya buna bənzər rəhbər mövqelərdə olurlar. Digər uşaqlara görə kömək istəməyə və hökumətə etimad göstərməyə daha meyllidirlər.
ORTANCIL UŞAQLAR
Ortancıl uşaqlar hər kəslə mehriban olurlar. Bu uşaqlar ailəcanlı, qonaqpərvər və çox həssasdırlar. Adətən evin yükünü ailədə ortancıl uşaqlar çəkir. Böyük kollektivdə işləməyi asanlıqla bacarırlar.
SONBEŞİKLƏR
Ən kiçik uşaqlar evin ən cəsuru, ən ərköyünü , ən dəcəli olur.Bunun səbəbi evdə ən çox onların sevilməsidir. Bu uşaqlarda yaradıcılıq qabiliyyəti çox inkişaf edir. Ancaq daha böyük yaşlarda bir az çətinliklə üzləşəndə həyatdan tez bezirlər.
TƏK UŞAQLAR
Tək uşaqlar bütün diqqətə sahib olmağın verdiyi üstünlüklə digərlərinə nisbətən çox daha özünə inamlı olurlar.Tək başlarına vaxt keçirmək məsələsində çətinlik çəkmirlər və ünsiyyət bacarıqları yüksək olur.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir