Auditoriya

Auditoriyanın diqqətini 15 saniyəyə necə çəkmək olar?

Baxış sayı: 1. 233

Bloqqer və konsultant Maykl Tompson özünün Medium adlı köşəsində dinləyicilərin diqqətini dərhal ələ keçirmək üçün çıxışı necə başlamalı olduğunuz haqqında yazır.

Təsəvvür edin ki, sizin 29 yaşınız var. Siz elə indicə Vyetnama gəlmisiniz ki, öz yeni məhsulunuzu investora təqdim edəsiniz. Təqdimat zamanı o sizin sözünüzü kəsir və deyir:

«Sizin tam bir dəqiqə vaxtınız ki, mənə niyə bura gəldiyimi izah edəsiniz və daha bir dəqiqəniz isə məni burda qalmağa razı salmaq üçündür.” Dəhşətdir, elə deyilmi? Təəssüf ki, bu əhvalat gerçəkdir. Mənim atam bu situasiya ilə 1968-ci ildə qarşılaşmalı olub.  Xoşbəxtlikdən atam bunun öhdəsindən uğurla gəlib. Atam bunu mənə danışanda, ondan soruşdum ki, həmin anda nə hiss edirdi. O cavab verdi ki, ona bu qədər vaxt verdiklərinə görə çox şad idi. Çünki auditoriya adətən 30 saniyə sonra öz marağını itirir. Əladır ki, atam bu çətin tapşırığın öhdəsindən gəlib, amma istənilən başqa bir auditoriyanın yarım dəqiqə sonra ondan vaz keçməsi fikri ilə razı deyiləm.

İndi, 50 il sonra konsaltinq sahəsində illərdir işləyən biri olaraq mən düşünürəm ki, auditoriya 30 saniyə deyil, 30 sözdən sonra sizi dinləyib-dinləməyəcəyinə dair qərar verir.

 

30 SÖZ. MAKSİMUM 15 SANİYƏ

DİQQƏT ÇƏKMƏK ÜÇÜN 3 ÜSUL

________________________________

 1) Şok edici statistikadan başlayın

Müvəffəqiyyətli kopirayter və bir neçə marketin kompaniyasının qurucusu Devid Oqilvi bir dəfə belə deyib:

 

“Dollarınızın 80 sentini reklama xərcləmək lazımdır”

Eyni məntiqi məhsul təqdimatına tətbiq etmək olar. Ən vacibi sizin ilk cümlənizdir. Auditoriya üçün gözlənilməz, şok edici statistika və iddiadan başlayın.

 

Sağlamlıqla bağlı tətbiq satırsınız?

Ceymi Oliverin TedTalk-dakı çıxışından bu cümləni oğurlaya bilərsiniz: “Təəssüf ki, mənim burda çıxış etdiyim 18 dəqiqə ərzində, dörd amerikalı yemək səbəbindən öləcək”.

 

Səhiyyə sahəsində dair startap işə salmaq istəyirsiniz?

Kris Anderson auditoriyanın diqqətini bu cümlələrin köməkliyi ilə özünə çəkə bilmişdir: ”İndi söyləyəcəyim sizi çox təəəccübləndirəcək. Bütün bəşər tarixi ərzində yer kürəsində baş vermiş ölümlərin yarısı cəmi bir xəstəlik üzündən olub”.

Onlar nə özlərini təqdim edir, nə də izləyicilərə gəlmələrinə görə təşəkkür etmirlər. Onlar elə dərhal şok edici faktları ortalığa qoyur və bunun üçün cəmi 30 söz istifadə edirlər.

2) İctimai rəylə uyuşmayan ona zidd olan iddialardan başlayın

Auditoriyanı maraqlandırmağın daha bir yaxşı yolu isə – formalaşmış ictimai rəyə zidd olan fikirlə başlamaqdır. Belə halda izləyicilər başa düşür ki, tezliklə onlara yeni nəsə danışacaqlar və onlar diqqətini çıxışda cəmləyir.

Tim Urbanın saytı belə iddialar üçün əla mənbədir.

 

3) Əhvalatlardan başlayın

Şəxsi təcrübənin və əhvalatların əhəmiyyətini qulaqardı etmək olmaz. Bu sadəcə klassikadır. Çətinliyi sadəcə 15 saniyəyə hadisənizi sıxışdırmaqdır. Bu vaxt tam hadisəni nəql etməyə bəs deyil. Ona görə də burada ən vacibi əhvalatı danışmağa başlamaq üçün düzgün sözləri seçməkdir. Məslən:

«Mən etiraf etməliyəm. Təxminən 20 il əvvəl etdiyim bir şeyə görə hələ də peşmanam”,-Deniel Pink.

“Təsəvvür edin ki, siz təyyarədəsiniz və birdən partlayış eşidirsiniz. Hər yeri tüstü bürüyür” – Rik Elayas.

“Etiraf etməliyəm ki,” “təsəvvür edin”, “sizə bir hadisə danışmaq istəyirəm” kimi ifadələr ilə başlayan çıxışlar ani olaraq diqqət cəlb edir. Beləliklə çıxışın ən vacib hissəsi heç də sonluq və ya məhsulun təsviri deyil, məhz bu ilk 30 sözdür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir