Tezyiq

Təzyiq ölçən tonometrlərə güvənməyin – SƏHV GÖSTƏRİR

Baxış sayı: 1. 044

Əksər hipertoniklərin istifadə etdiyi təzyiq ölçən aparat – tonometrlər çox vaxt düzgün işləmir. Bu barədə məlumatı kanadalı alimlər yayıb.

Kanadalı alimlər evdə təzyiq ölçən tonometr cihazları üzərində 1 illik tədqiqatlardan sonra bu nəticəyə gəliblər ki, 70% aparatlar düzgün olmayan rəqəmlər göstərir və insanları çaşdırır. Bu isə ağır təzyiq xəstələri üçün çox təhlükəlidir. Təzyiqin monitorinqi kritik vəziyyəti düzgün qiymətləndirməlidir ki, xəstəni ölümdən və komadan xilas etmək mümkün olsun. Bu isə evdə təzyiq ölçməyə adət etmiş insanlar üçün risklidir. 5-10 mm fərqdə aşağı və ya yuxarı rəqəm göstərən tonometrlər xəstəni və həkimi yanıldır.

Tonometrlə düzgün davranmamaq, əl-qolun hərəkəti, manjetin bərkidilməməsi, pasiyentin çəkisi, emosional vəziyyəti belə rəqəmə təsir edir. Yəni, xəstə özü tonometrlə düzgün davranmaya bilər.

Ev tonometrləri ilə təzyiq ölçərkən bunlara mütləq əməl etmək lazımdır:

-Qolunuzu havada tutaraq yox, bərk hamar səthə qoyaraq ölçün.

-Təzyiqi ölçərkən sakit olun, tərpənməyin, danışmayın.

-Cihazın manşeti ürək bərabərində olmalıdır. Əgər aşağı olsa, təzyiq yüksək göstərəcək.

-Manjet köynək və geyim üzərindən bağlanmamalıdır.

-Çəkinizə və qolunuzun ölçülərinə uyğun manjetlər seçin.

-İldə bir dəfə aparatımızı kliniki təzyiq aparatı ilə müqayisə etməklə yoxladın.

-Təzyiqi 2 dəfə ölçün, hər dəfə 7 dəqiqə fasilə verməklə. Bu əzələ və damarların əvvəlki vəziyyətinə qayıtmasın üçün lazım olan vaxtdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir