Dibi qaralan, kirəclənən və yağ ləkəsi olan çaydanları təmizləməyin və parlatmağın ən sadə və ucuz üsulları var.
Qaralan və kirəclənən, yəni ərp tutmuş çaydanın dibini təmizləmək üçün ehtiyacınız olan tək ləvazimat sirkə və sodadır. Çaydanın içinə sirkə töküb bir gecə saxlayın. Daha sonra çaydanın içindəki sirkənin yarısını töküb, az hissəsini saxlayın.
Çaydanda qalan sirkənin içinə bir yemək qaşığı soda əlavə edin. Bir dəqiqə sonra qab-qacaq fırçası ilə, ya da süngərlə ovaraq asanlıqla təmizləyə bilərsiniz. Üstəlik hər hansı bir kimyəvi maddə qalığı da qalmayacaq.
Digər bir üsul isə limon turşusu və sudur. Bir yemək qaşığı limon turşusunu çaydanın tutduğu qədər suyla qarışdırın və çaydana boşaldın. Çaydanı qazın üstünə qoyun və yüksək odda bir ya da iki dəfə qaynadın. Sonra çaydanı qazdan götürün və bol su ilə durulayın. Çaydanınız tərtəmiz olacaq.
Bir başqa üsul isə duz və sirkəli qarışıqdır. Bir yemək qaşığı duz ilə bir çay stəkanı sirkəni qarışdırıb çaydanın içinə tökün və 10 dəqiqə gözləyin. Sonra çaydanın içini süngərlə ovun və ləkələrdən xilas olun. Bol su ilə durulamağı da unutmayın.
Çaydanda olan kirəci təmizləmək üçün bir kartofun qabığını soyun və çaydanın içinə atın. Üzərinə bir miqdar su əlavə edib yarım saat qaynadın. Kirəcin təmizləndiyini görəcəksiz.
Kirəci təmizləməyin bir başqa yolu da yumurta qabığıdır. Çaydanın içinə yumurta qabıqlarını atıb su ilə qaynatsanız, kirəc təmizlənər.