usaq-sekil

Uşaqların çəkdiyi rəsmlər hansı mənanı ifadə edir?

Baxış sayı: 1. 277

Uşaq şəkildə ağız, boyun və qol çəkmir, başı və gözü böyük çəkirsə nə məna verir? Bəlkə də çoxunuz üçün bu, heç də diqqətçəkən bir şey ifadə etmir. Amma əslində bütün bunların önəmi var. Başqa sözlə, uşaqların çəkdiyi şəkillər heç də adi və sıradan deyil. O şəkillərin hər bir cizgisində övladınızın şüur altında yatan sirləri gizlənib.

“Gencaile.az” türk mediasına istinadən bildirir ki, uşaqların çəkdiyi şəkillər onların şüuraltlarından xəbər verir. Bu şəkilləri düzgün dəyərləndirdiyiniz zaman övladınızın şəxsiyyəti altında yatan gizli xüsusiyyətləri və sirləri anlaya bilərsiniz.

 

İnsan: Şəkildə çəkilən insanın cinsi uşağın özünə örnək götürdüyü xarakteri yansıdır.

Baş: Böyük çəkilibsə, uşaq uğur əldə etməyi arzulayır. Bu şəkil eyni zamanda uşağın özündə əskiklik hiss etdiyini də göstərir.

Ağız: Ünsiyyət faktorunu yansıdan ağız şəkildə heç çəkilməyibsə, ünsiyyətə qapalı olduğunu, böyük və ya kiçik çəkilibsə, ünsiyyətdə hər hansı problemin olduğu mənasını verir.

Göz: Gözlər böyük çəkilibsə, bu, uşağın hər şeylə maraqlandığı deməkdir.

 

Burun: böyük çəkilən burun uşağın kənarda müzakirə edildiyini göstərir. Bu çölə bağlı olan xarakterin göstəricisidir.

Çənə: geniş çəkilən çənə başqalarına bağlı olan şəxsiyyətin göstəricisidir.

Ayaq: şəkildə çəkilən ayaqlar uşağın güvənini simvolizə edir. Kiçik ayaqlar isə güvənsizliyin simvoludur. Ayaq sağa tərəfdirsə keçmişə doğru düşüncələri, sola tərəfdisə gələcəyə doğru hədəfləri var deməkdir.

Boyun: şəkildə boyun heç çəkilməyibsə, uşaqda hirs və qəzəbini idarə etmə problemi var deməkdir.

Qol: ailəsi tərəfindən kifayət qədər diqqət görməyən uşaqlar qolları çəkmirlər.

Ailə: uşaq ailə üzvləri arasında ən çox kimə dəyər verirsə, onun şəklini daha böyük çəkər.

Evin damı: uşaqlar xoşbəxtdirsə, evlərin damını qırmızı, xoşbəxt deyillərsə qara rəngdə rəngləyərlər.

Heyvan: tez-tez şəkillərdə vəhşi heyvan çəkirsə, hüzursuzluq yaşayır deməkdir.

Uşaq şəkillərin çoxunu kağızın ortasında çəkərsə optimist, alt hissədə çəkərsə yetərsizlik və güvənsizlik yaşadığı deməkdir.

Bundan başqa, şəkillərdəki qırıq və solğun cizgilər küsəyən və həssas xarakterə işarə edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir