ezogelin corbasi

Ezogəlin şorbasını necə hazırlamalı? – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 958

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə sizə ezogəlin şorbasının hazırlanma qaydasını təqdim edirik

 

İçindəkilər

Kərə yağı – 2 x.q.

Orta boy baş soğan – 1 ədəd

Sarımsaq – 2 diş

Qırmızı mərci – 1 st.

Bulqur – ¼ st.

Düyü – ¼ st

Duz, qara istiot

Su – 7 st.

Sousu üçün

Bitki yağı – 2 x.q.

Un – 1 x.q.

Tomat – 1 x.q.

Nanə – 1 çimdik

Qırmızı toz bibər – 1 çimdik

Pul bibər – 1 çimdik

Su və ya ət suyu – 2 st.

 

Hazırlanması

Bir qazanda doğranmış soğan və sarımsaqları kərə yağında qızarana qədər qovurun. Sonra təmizlənmiş və yuyulmuş mərcini, düyün, bulquru əlavə edin, bir az qarışdırın. Bu prosesdən sonra 7 stəkan suyu da əlavə edin qoyun qaynasın. Başqa qazanda sousu hazırlayın. Bunun üçün bitki yağında əvvəlcə unu, daha sonra nanəni də əlavə edin qovurun. Üzərinə ədviyyatları əlavə edib bir az qovurduqdan sonra 2 stəkan suyu əlavə edin qoyun qaynasın. Hazır olduqdan sonra digər qazana sousu əlavə edin. Bir az qaynadıqdan sonra götürün. Servis edərkən istəsəniz yağda qovurduğunuz istiot ya da nanə əlavə edə bilərsiniz.

 

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir