YEMEK

Çimərlikdə gün keçirənlərə nələr olmaz?

Baxış sayı: 1. 268

Yay ayları dedikdə ağıla ilk gələn həmişə dəniz, qum və günəşdir. Hamı kəndə, dənizkənarına, çimərliklərə üz tutur. Zamanın çoxu çimərliklərdə, sahil kənarlarında, hovuz və ya dəniz sahilində keçir.

Açıq havada nə gəldi yemək təbii ki orqanizmdə fəsadsız ötüşmür. Tez-tez zəhərlənmələr, ishal, qaytarma halları ilə üz-üzə qalırıq.

Yayda isti havaların təsirindən yediyiniz və içdiyinizə diqqət edərək xilas olmaq mümkündür. Əvvəla, boğucu isti havalarda tərlə birlikdə maye itkisi daha çox olduğundan orqanizmin maye ehtiyacını qarşılamaq çox əhəmiyyətlidir. Təbii ki, orqanizmimizin prioritet mayesi faydaları saymaqla bitməyən sudur. Ən az 2 – 2,5 litr bol su içilməlidir. Bu miqdar orta hesabla 65 – 70 kq ağırlığındaolan  şəxslər üçün uyğundur. Daha fərdi olaraq düşünəndə isə gündə hər kiloqrama 30 milli su düşür. Buna təxminən 500 mili (orta hesabla 2 su stəkanı qədər) də yay aylarında tərlə atılan suyu əlavə etməklə gündəlik maye tələbatımızı ödəyərik. Orqanizmin susuz qaldığını göstərən əsas işarə sidiyin rəngində özünü büruzə verir.  Sidiyin rəngi tünd olduğu zamanlarda susuz qalmısınız deməkdir. Suyu içərkən daha zövqlü hala gətirmək üçün limon əlavə edə, təzə nanə yarpaqları ilə müxtəlif dadlar verə bilərsiniz.

Qızartmalardan uzaq durun

Yay aylarında gücünüzü və formanızı qorumaq üçün qızardılmış, yağlı və souslu yeməklərdən xüsusilə uzaq durmağınız məsləhətdir. Bu qidaları həzm etmək həm çətindir, həm də yüksək kalori deməkdir.  Qızartmaların əvəzinə izqara, sobada və ya tərəvəzlərlə bişirilmiş, zeytun yağı ilə hazırlanmış  tərəvəz yeməklərinə üstünlük verin.

Səhərlər yağsız süd-qəhvəaltılıq yulaf və ya ağ pendirli kəpəkli tost-şəkərsiz limonad və ya yağsız pendir sürtülmüş qara çörək və ya lifli pəhriz biskviti, pomidor, xiyar dilimləri və ya 1 qutu parabiotikli qatıq, 1 pay təzə meyvə kimi yüngül  yemək alternativləri ilə günə başlayın. Daha sonra təzə meyvələr, mövsüm meyvələri, fındıq, badam, qoz kimi quru çərəzlərdən 3-4 saatda bir atışdırın.

Günorta yeməyində daha çox salatla zəngin menyu olsun.  Yanında qızardılmış ət, toyuq və ya balıq, pendir kimi zülalla zəngin qidalar qəbul edin.  Burada əsas məsələ salatların kremli, bol yağlı, ağır souslu və ya mayonezli olmamasıdır. Sous olaraq zeytun yağı, limon və sirkədən istifadə edin.

Günortadan sonra axşam yeməyinə çox ac qalmamaq üçün yanınızda kəpəkli qidalar, taxıllı pəhriz biskvit növləri mütləq olsun. Bunları şəkərsiz limonad, təzə sıxılmış meyvə suları və ya 1 qutu ayranla tamamlaya bilərsiniz.

Dondurmanın cazibəsi

Südlü dondurma çeşidləri yay aylarında həm sərinləmək, həm də kalsium, maqnezium, fosfor kimi bir çox faydalı mineralı almağın ən asan yoludur. Ancaq hər qidada olduğu kimi  dondurmanın miqdarına diqqət etməkdə fayda var. Həmçinin uyğun saxlama şərtlərində saxlanmayan dondurmaların da bağırsaq infeksiyasına səbəb ola biləcəyini unutmamaq lazımdır. Xüsusilə kalori qəbuluna diqqət edirsinizsə yüngül, yağlılığı az olan dondurmalara üstünlük verin.

Uşaqlarda maye itkisinə diqqət

Yay aylarında xüsusilə uşaqlarda maye qəbuluna diqqət etmək lazımdır. Uşaqlar hərəkət edərkən daha çox maye və elektrolit itirirlər.  Bu itkilər su, ayran, təzə sıxılmış meyvə suyu,  kompotla qarşılanmalıdır. Yaşlılarda da xüsusən hipertoniyadan əziyyət çəkənlərdə  maye tarazlığı qorunmalıdır.  Bu insanlar təzə sıxılmış limon və ya mövsümündə nar suyunun təzyiqi aşağı salan xüsusiyyətindən istifadə etsinlər. İstidən təzyiqi, şəkəri qalxanlarla bərabər,  təzyiqi düşənlərə də az rast gəlinmir. Təzyiqi düşən şəxslər də bol maye içməlidirlər. Maye seçimlərində duzlu ayran və ya 1 şüşə mineral su  ilk seçimlərdə olmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir