cay

Yay günlərini sərinlədən buzlu yaşıl çay

Baxış sayı: 856

 İsti havalarda qızmar günəşin təsirindən qaçaraq evə gəldiyimizdə ilk soyuducunu açırıq və içməyə soyuq içki axtarırıq. Beləliklə, isti havalarda hərarətinizi söndürəcək, həzmsizliyə yaxşı təsir edən,  sağlamlıq üçün faydalı buzlu çay reseptini təqdim edirik.

Lazım olanlar:

1 litr isti su

3 xörək qaşığı yaşıl çay

3 xörək qaşığı əsmər şəkər

3 budaq nanə

1 ədəd limon suyu

1 su stəkanı buz

 Hazırlanma qaydası:

Dərin bir qabda suyu qaynadın və içərisinə yaşıl çayı əlavə edib qapağını bağlayın.

Qapağı örtülü şəkildə çayı 15 dəqiqə dəmləyin.  Sonra geniş ağızlı bir dolçaya çayınızı süzün.

Əsmər şəkər və limon suyunu əlavə edib qarışdırın. Son olaraq təzə nanələri də çaya əlavə edib,  dolçanın ağzını bağlayıb soyuducuda soyumağa qoyun.

Soyuyan çayınızı buzla dolu stəkanlara töküb limon dilimləri və təzə nanə yarpaqları ilə servis edin.

Hazırladığınız çayı içərisindəki nanə yarpaqlarını çıxartdıqdan sonra 3-4 gün soyuducuda saxlaya
bilərsiz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir