Məlum olub ki, həddən artıq idman etmək dişləri çürüdür. İdman əsnasında qəbul edilən yüksək şəkərli enerji içkiləri və qidalar dişlərə zərər verir. London Universitetinin professoru Culi Qallaher olimpiada oyunçularının daxil olduğu 352 peşəkar idmançının iştirakı ilə araşdırma aparıb. Tədqiqat nəticəsində məlum olub ki, həddən artıq məşq edən insanlarda diş xəstəlikləri yüksək səviyyədədir. Futbol, reqbi, velosiped, avarçəkmə və gimnastika üzrə peşəkar idmançı olan bu insanların 32 faizinin diş sağlamlığının çıxışlarına mənfi təsir göstərdiyi vurğulanıb.
Mütəxəssislər idmançıların dişlərini gündə iki dəfə təmizləmələrinə baxmayaraq, diş sağlamlığının pozulmasının, həddən artıq idmanın tüpürcək və immunitet sistemində diş ziyanına yol açan dəyişiklikləri hərəkətə keçirdiyini açıqlayıb.
Ekspert yüksək şəkərli enerji içkiləri və yeməklərin də peşəkar idmançıların diş sağlamlığının pisləşməsində təsirli olduğunu qeyd edib. O, idmançıların 49,1 faizində ciddi diş çürüklərinin olduğunu da əlavə edib.