korpe

Uşağın oğlan və ya qız olması kimdən asılıdır?

Baxış sayı: 1. 000

XXI əsr olmasına baxmayaraq, elmin-tibbin inkişaf etdiyi bir zamanda hələ də uşağın cinsiyyətinə görə qadınları qınayan kişilər və hətta qadınlar da az deyil.

Döllənmə zamanı uşağın cinsiyyətinin necə formalaşması və qismətinizə oğlan və ya qız yazılmasının təbii, tibbi prosesini izah edir.

Qadının bütün yumurta hüceyrələri X xromocom tərkiblidir.

Kişinin yüz milyonluq sperma payının yarısı X xromosom, yarısı isə Y-xromosomdur.

Əgər qadının onsuz da bir tip olan X xromosomlu yumurtahüceyrəsi ilə kişinin X spermatozoidi birləşsə, XX – deməli qız uşağı döllənir, əgər Y xromosomlu spermatozoid birləşsə XY – deməli, oğlan mayalanır.

Bu sadə bioloji qanunauyğunluqla demək olar ki, gələcək uşağın cinsi atanın xromosomlarından, daha doğrusu hansı spermatozoidinin irəli düşməsindən asılıdır.

Lakin bir çox mütəxəssislər bildirir ki, bu hələ hamısı deyil: uşağın cinsi ananın da qidalanmasından, atanın genlərindən, qidasından və cinsi əlaqə aktının formasından belə asılıdır.

Bununla barışmaq lazımdır, çünki hər bir fikrin elmi izahı və araşdırması var.

Uşağın oğlan və ya qız olması kimdən asılıdır?

Qadından nə asılıdır?

Əgər qadının yumurtahüceyrəsinin DNT-də genetik olaraq hər hansı mutasiya varsa, bu zaman onda X spermatozoidlər yaşamır. O zaman bu qadından doğulan uşaqlar ancaq oğlan olacaq.

X və Y spermatozoidləri fərqli xassələrə malikdirlər – onlar həyata da, qadın orqanizminə də, yumurtahüceyrəyə də müxtəlif cür reaksiya göstərirlər.

Əgər bu fərqlilikdə X spermatozoidlər daha dözümlü, aktiv və qadın orqanizminə və mayalanma prosesinə dözümlüdürsə, bu cütlüyün daim qızı olur, yox əgər Y smermatozoidlər daha adekvatdırsa, oğlanları doğulur.

Spermatozidlərin qaçışı

Uşaqlıq yolunun pH mühiti spermatozidlər üçün xoş deyil, turşu mühitdə onların yarıdan çoxü ölür. Ona görə yalnız güclü, sağlam spermlər bu yolu keçə bilərək, döyüş vəziyyəti alır.

Uşaqlıq yolunda X və Y spermatozoidlərdən hansının çox tələf olması isə bir sıra amillərdən asılıdır:

-kişinin toxumunun keyfiyyəti, irsi genetik amilləri, nə qədər müddətdir əlaqədən qorunub, sağlamlığı, yaşı

-Qadının uşaqlıq yolunun mühitinin çox turş olmaması – bu da qadının genləri, sağlamlığı, qidalanması

-Cinsi əlaqənin sayı, vaxtı, davamlılığından – səhər və ya axşam, birinci və ya üçüncü dəfənin rolu var

-Orqazmin güclü olması: bu zaman spermlər uşaqlıq yolunda heç çox qalmayaraq, düz uşaqlığa doğru düşür

 usaqlar

Bəs nə etməli?

İmmun sistemi zəif, sinir sistemi çökmüş, yorğun, pis qidalanan cütlüklərdə bir çox problemlər yaşanır ki, bu da ümumiyyətlə hamilə qalmağa mane olur.

Amma nəzərə alın ki, X spermatozoidlər – yəni qız hüceyrələr Y spermatozoidlərə nisbətən daha davamlı, güclü və dözümlü olur.

Daha bir tədqiqat isə göstərib ki, uşağın cinsiyyəti kişi və qadının çəkisindən, piylənmə dərəcəsindən çox asılıdır. Belə ki, kök qadınların, yəni şəkisi 70-dən yuxarı olanlarda oğlan olma, çəkisi 53-dən aşağı olanların isə qız doğma şansı yüksəkdir.

Daha bir tədqiqat göstərir ki, döllənmənin ilin hansı fəslində olmasının da rolu var. Payız döllənməsində daha çox oğlan, yazda isə qız olur.

Yaponlar isə bildirir ki, kişinin çox siqaret çəkməsi oğlan doğulması şansını azaldır.

Əgər intim əlaqə ritmi dinamik, müntəzəm və son 3 ayda çox olubsa, oğlan olmaq ehtimalı yüksəlir.

Amma döllənmənin 70%-i kişidən asılıdır. Çünki bir xromosomu olan qadın yumurtasına hansı xromosomlu spermin çatacağı qadından asılı deyil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir