Geyim

Mövsüm trendi ilə sadə və dəbli görünməyin ən asan yolu – FOTOLAR

Baxış sayı: 1. 476

Mövsüm ortaları bizə imkan verir ki, qalın palto və sırıqlı gödəkcələrə keçməzdən əvvəl, nazik trikotaj jaketləri geyinib evdən çıxaq. Yeri gəlmişkən, 1990-cı illərdən miras qalan jaket tendensiya bu il yenidən aktualdır.

Əgər əvvəllər irihəcmli yun jaketlər dəbdə sayılırdısa, bu il nazik jaketlər aktualdır.

O dövrün modapərəstləri jaketləri gəzintilərdə, kokteyl gecələrində, hətta qırmızı xalıda belə geyirdilər. Aktrisa Dryu Berrimor jaketləri hündürbel cins şalvar və çılpaq bədənə geyinməyi üstün tuturdu.

 

Dünya şöhrətli model Bella Hadid də bu stilə istinad edir. Nazik jaketlərin yırtıq cinslər ilə birlikdə çox təsir edici görünəcək.

 

Daha bir kino ulduzu Kameron Diaz isə 1990-cı illərdə qeyri-adi birləşmələri sınaqdan keçirirdi: bəbir jaket və tünd qırmızı atlaz şalvar. Bu gün bəbir naxışını daha sakit rənglə əvəz etmək olar.

 

Parlaq rənglərin pərəstişkarları üçün Naomi Kampbell ilham mənbəyi ola bilər. O illərdə qırmızı rəngə pərəstiş edən model qırmızı donunu eyni tonda jaketlə birləşdirmişdi. Bu dəst hər hansı bir tədbirdə diqqət mərkəzində olmaq üçün ən sadə və dəbli bir yoldur.

 

Aktrisa Keyt Holmsun qarderobunda son vaxtlarda dəbli detellar peyda olub. Payız trendindən kənar qalmayan kino ulduzu tünd cinsini boz jaketlə birləşdirməyə üstünlük verib. Ondan nümunə götürməyə dəyər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir