Heç şübhəsiz, texnologiyanın çoxçalarlı inkişafı gələcəkdə insanların bir-birilə ünsiyyət qurmasına da yansıyacaq. Bu gün 10 il əvvəl xəyallarda arzuladığımız bir çox rəqəmsal vasitədən istifadə edirik. 10 il sonra nələr olacaq? Bəs texnoloji proseslər dostluq və məhəbbət münasibətlərini necə təsir edəcək? Mütəxəssislər texnologiyanın insan münasibətlərinə gətirəcəyi yeniliklər haqda fikirləşiblər:
DNT analizi ilə həyat yoldaşı seçmək
Tibb gələcəkdə ailə və əlaqə planlaşdırmasında mühüm yer tutacaq. İnsanlar sadəcə bir sperma bankından ianə alaraq uşaq sahibi olmaqla yanaşı, eyni zamanda insanların keçmiş tibbi sənədlərinə də baxa biləcəklər. Bununla da həyat yoldaşının müəyyən edilmiş xəstəliyinin olub-olmaması haqda bilgi əldə edəcəklər.
Tibbi ekspertlər bildirir ki, ətraflı DNT analizi ilə sizə uyğun mükəmməl həyat yoldaşı tapmağınız asan olacaq. Bu proseslər ondan xəbər verir ki, gələcəkdə mükəmməl gen kombinasiyasından intellektli, sağlam uşaqlar dünyaya gələcək.
Kirayəyə verilən ailələr
Təəccüblü olan bu məsələ əslində utopiya deyil, Yaponiyada tətbiq edilən bir həqiqətdir. Yaponiyada yalnız kişilər müəyyən bir müddət üçün zövcə və ya bütün bir ailəni icarəyə götürə bilirlər. İnanılmaz dərəcədə yüksək qiyməti olan bu xidmətlərə rəğbət də çoxdur. Muzdlu ailələrin çoxu ehtiyat bazasındadır. Bu xidmətin təqdim edilməsində məqsəd parkda bir ailə kimi uşaqlarla oynamaq, alış-verişə çıxmaq və insanların tənhalıq hissi keçirməməsi üçün bir yerdə olmaqdır. Bu təcrübənin gələcəkdə tək qalan insanlar üçün fürsət olacağı proqnozlaşdırılır.
Robotlarla yaşamaq
Mütəxəssislər 50 ilə qədər insanların robotlara aşiq olacağını deyir. Bildiyiniz kimi, duyğuları olan ilk robot yaradılıb və satışa da çıxarılıb. Bu cür duyğusal əlaqələrə yaxın zamanlarda daha çox rast gələcəyik.