Əslində, işləməyən xanım yoxdur. Bütün xanımlar həyatları boyu işləyirlər: idarə, təşkilat və müəssisələrdə və evdə və yaxud evdə. Ev işləri digər işlərdən bəlkə də ən sürəkli davam edəni və çətinidir.Ömür boyu da eyni işlər: yemək bişirmək, ev təmizliyi, ailəyə qayğı və s.
Amma bizim yazımız idarə, təşkilat və müəssisələrdə işləyən xanımlar üçündür.
Xanımlar ömürlərinin mühüm bir hissəsini işdə keçirirlər. Görəsən, iş vaxtı rəsmi davranmaq, məhdudiyyət və qadağalar onları usandırmır ki? Türkiyədə bununla bağlı maraqlı bir sorğu keçirmişlər. Sorğuya əsasən ofisdə qadağan olunan 10 hərəkəti üzə çıxarmışlar. Buyurun, siz də baxın və nəticə çıxarın:
Şal taxmaq
Qəhvəyi geyinmək
Musiqi dinləmək
İşləyən xanımların nəzərinə: Ofisdə bunlar olmaz
Başqasından dərman istəmək
Şirkət kondisionerlərini lazım gəldi-gəlmədi işlətmək
Eyni dostlarla davamlı olaraq yeməyə getmək
İcazəsiz tualetə getmək
Çaya ikidən artıq şəkər atmaq
Enerji məsrəfi
Əsnəmək
İşləyən xanımların nəzərinə: Ofisdə bunlar olmaz
Anketlərdə ən çox qadağa, kompüter və internet istifadəsilə bağlı olmuşdur: sosial şəbəkələrdən istifadə etmək (Facebook, Twitter və s), söhbət etmək, şirkət xaricinə e-poçt göndərmək və mübadilə saytlarına girmək, kompüterə flaş yaddaş taxmaq və s.
Yemək zamanı : Soda içmək, çox türk qəhvəsi içmək, hazır qəhvə içmək, stolda yemək və iş saatları ərzində çay içmək qadağandır.
Geyim – fərdi gigiyena : Top saqqal buraxmaq, rəngli dırnaq boyası sürtmək, qəhvəyi geyinmək, çıxartmayın geymək, sırğa taxmaq, sancaq taxmaq.
İşləyən xanımların nəzərinə: Ofisdə bunlar olmaz
Telefon və ya qulaqcıqdan istifadə: Cib telefonunu səssiz rejimə almamaq, iş saatlarında telefonla danışmaq, telefonu doldurmaya taxmaq
Ofis və bina nizami: Lifti istifadə etmək, kondisionerləri bütün günü işlətmək, kənardan gələn çiçəkləri ofisə gətirmək
Ofis daxilində sosiallaşma: Alt mərhələ personallarla danışmaq, eyni dostlarla ziyafətə getmək, başqa bir yoldaş
Siqaret : Qapı qarşısında siqaret çəkmək, siqaretə yoldaşla enmək; səhər saatından əvvəl siqaret çəkmək
Şəxsi ehtiyaclar: Tualetə üç dəfədən çox getmək, artıq tualet kağızı istifadə etmək, beş dəqiqədən artıq tualetdə qalmaq
İş saatları və ya fasilə zamanı : Çay fasiləsi vermək, günorta yeməyi yemək, hava qərarından ofisi tərk etmək, günorta tətilində ofisdən çıxmaq, rəhbərdən əvvəl çıxmaq
PS: Maraqlıdır, həm də çətindir. Ondansa evdar qadın olduğumuz üçün proletara minnətdar olmalı. Bu qədər, özü də belə qadağalar olarmı? Onda ofislərə robot işçilər götürsünlər…