gobelek

Bu bitki prostat xərçənginin qarşısını alır

Baxış sayı: 997

Həftədə ən az 3 dəfə göbələk yemək kişilərdə prostat xərçənginin yaranma riskini aşağı sala bilər. “Gencaile.az” saytı xarici mətbuata istinadən xəbər verir ki, bu iddialar Yaponiyada aparılan bir tədqiqat nəticəsində ortaya çıxıb. Araşdırmada yaşları 40 ilə 79 arası olan 36 min 499 kişinin 13 il ərzində səhhəti yoxlanılıb, qidalanma vərdişləri, o cümlədən həyat tərzləri öyrənilib.

Nəticədə, məlum olub ki, həftədə ən az 3 dəfə göbələk yemək prostat xərçənginə yaxalanma riskini azaldır. Qida rasionunda göbələk üstünlük təşkil edənlərin xərçəng riski daha az yeyənlərlə müqayisədə 17 faiz daha aşağıdır.

Xüsusilə dombalan göbələyi cinsi gücü artırır, immuniteti artırır, xalq təbabətində şəkərə faydaları olması haqqında fikirlər var, tərkibindəki zəngin sink prostat hiperplaziyasında faydalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir