kitab-oxumaq-stressi-azaldc4b1r

Oxumağınızı necə sürətləndirə bilərsiniz? – 9 EFFEKTİV ÜSUL

Baxış sayı: 1. 354

Kitab oxumaq bir zövq, bir seçimdir. Bəzən səhifələrin çoxluğu isə kitabdan çəkindirə bilər. Bəs daha sürətli oxumaq istəyənlərdənsiniz? Bu zaman bu yazı sizin üçündür. Sürətli oxuma kurslarında adətən sürətli oxuma texnikaları öyrədilir, ancaq oxuduğunuz mətni anlaya bilmədikdən sonra bunun bir mənası qalmır.

Oxumağınızı necə sürətləndirə bilərsiniz?

 

1. Hər gün çalışın – Anlayaraq sürətli oxuya bilmək üçün lazım olan bacarıqlar doğuşdan insana gəlməz. Bunu qazanmaq üçün əziyyət çəkməlisiniz. Bu səbəbdən hər gün 15-20 dəqiqə qədər sürətli oxumağa çalışmalısınız. Bununla qısa müddətdə böyük irəlliləyiş görə bilərsiniz. Sürətli oxumaq zamanla olur. Səbrli olmaq və çalışmaq əsas şərtdir.

Həmçinin 30 gün ərzində özünüz üçün müddət tutun və hər gün neçə söz oxuduğunuzu hesablayın. Hər keçən gün isə bunu artırmağa çalışın.

 

2. Asan yazılarla başlayın

Daha sürətli oxumaq üçün ilk olaraq asan yazılardan başlayın. Oxuyan zaman rahat anlaşılan mətnlər seçməyiniz çox yaxşı olur.

Sürətli oxuma bacarığınız inkişaf etdikcə bir mətndə nələrə diqqət etməli olduğunuzu da yaxşı başa düşəcəksiniz.

 

3. Sürətinizi ölçün.

Baş barmağınız ya da bir kağızla oxumalı olduğunuz yeri işarələməyiniz yaxşı fikir ola bilər. Bununla da yazı içərisində itməzsiniz.

 

4. Daha uzunmüddət oxuyun

Beyninizin sürətli oxumağı vərdiş halına gətirməsi üçün müəyyən ritm lazımdır. Bir oturuşda ən az 15 dəqiqə gözünüzü kitabdan qaldırmadan oxumağa çalışın.

Zaman ərzində diqqətinizin daha yaxşı toplandığını görəcəksiniz. Bu oxuma seansları arasında qısa aralar vermək də faydalı olur, amma ən az 15 dəqiqə aralıqsız oxuduqdan sonra az da olsa məsafə verməlisiniz. Daha sonra 15 dəqiqəlik oxumaq müddətini 30, 45, 60 dəqiqəyə qaldırmalısınız.

kitab oxumaq

 

5. Pis vərdişlərdən xilas olun

Sözləri ağlınızda səsləndirməyin. Bir çox insan oxuduğu sözü beynində səsləndirir. Ya dodaqları hərəkət edər, ya da səsli olaraq canlandırar. Bu, oxumaq sürətini aşağı salan ünsürlərdən biridir. Dodaqlarınızı hərəkət etdirmədən oxuma sürətinizi 2-3 qat artıra bilərsiniz. Bu da çalışma ilə mümkündür.

 

6. Sözlərin hamısını bir-bir oxumayın

Oxuma zamanı tətbiq olunan əsas səhvlərdən biri mətndə sözlərin hamısını bir-bir oxumaqdır. Bu oxuma sürətinizi aşağı salar. Daha sürətli oxumaq istəyirsinizsə ümumi halda oxumalısınız. Qısa şəkildə oxuyub ümumi mənanı çıxartmağınız kifayətdir.

 

7. Göz hərəkətlərinizə diqqət edin

Bir uşaq oxumağı öyrənən zaman mətndə olan hər sözə ayrı-ayrı diqqət etməsi tapşırılır. Ancaq insan göz eyni anda birdən çox sözə baxa bilər. Bu səbəbdən oxuyan zaman baxışlarınızı iti etməyin. Beləliklə səhifədəki yazıların daha böyük bir qismini görə bilərsiniz.

 

8. Eyni yerdə durub qalmayın.

Bəzən bir cümləni dəfələrlə oxusaq da anlamarıq. Bu da oxumaq sürətini artırar. Ancaq dəfələrlə oxumaq sürəti yavaşlada bilər. Bu səbəbdən diqqətinizi toplamağa çalışın.

 

9. Oxumaq üçün uyğun ortam yaradın

Uyğun olmayan yerdə oxusanız təbii ki bu sürətinizə də təsir göstərər və oxuduqlarınızı anlamaya bilərsiniz. Səsli olmayan, səsi rahat eşidə biləcəyiniz məkan sizin üçün idealdır.

Əgər səssizlikdən xoşunuz gəlmirsə musiqi sədaları altında bunu edə bilərsiniz. Rahat ola biləcəyiniz yerdə oturun.

Əks halda, bel ağrısı sizin oxumağınıza mane olacaqdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir