Qadin

Biznes ledi obrazının gözlə görünməz 3 atributu

Baxış sayı: 1. 133

Bildiyimiz kimi. imic – sadəcə geyim, makiaj və xarici görünüşdən ibarət deyil. İmic – sizi əhatə edən insanlarda yaratdığınız təəssüratı formalaşdıran bütün faktorların vəhdətidir. Bu isə o deməkdir ki, bəzən biznes ledinin obrazının yaranması üçün ciddi işgüzar  kostyumdan daha artığına ehtiyacı var. Bəs, bu gözlə görünməz atributlar hansılardır?

 

ƏTİR

Ətirlərin müdir xanımların, xüsusən də biznes ledilərin imiclərində oynadığı rolu inkar etmək axmaqlıq olardı. İstəsək də, istəməsək də ətirlər bizim insanları necə qavramağımıza danılmaz təsirə malikdir. Bu həm də işgüzar qadının imicinə sirayət edir: onun davranışı, hərəkəti, zahiri görünüşü və xarakteri daşıdığı xüsusi ətir ilə tamamlanır, bu ətir ilə o böyük bir izdihamın içərisindən seçilir, tanınır. Məhz buna görə ətir seçiminə diqqətli yanaşmaq lazımdır. Bu zaman spesifikliyə üstünlük verərək, dəb arxasınca qaçmamağa önəm verin. Ətir bir tərəfdən sizi fərd olaraq xarakterizə edir, digər tərəfdən o aqressiv, ürkütücü və kəskin olmamalıdır.

SƏS

Çətin ki, kimsə sizin səsinizi sizin imici müəyyən edən amillər içərisində qeyd etsin. Bu heç də o demək deyil ki, səs tonu əhəmiyyətli deyil. Sizin necə salamlaşmağınız, “sabahınız xeyir” deməyiniz, telefonda zənglərə necə cavab verməyiniz, söhbəti hansı tonda qurmağınız və davam etdirməyiniz  bu və ay digər dərəcədə sizin imici formalaşadırır. Əbəs yerə deyil ki, natiqlik, ritorika, diskussiya dərsləri və ictimai çıxış treninqləri son zamanlar çox populyar olub. Razılaşın ki, güclü və özünəinamı yüksək bir qadın-rəhbəri ciy-ciy səs və danışıq tərzi ilə təsəvvür etmək çətindir. Danışıq tərzi təmkinli və inamlı olmalı, səs tembri isə qışqıran qızcığaz təsiri bağışlamayacaq qədər asta, amma sanki quyu dibindən gəlirmiş kimi də həddindən artıq asta və dərin olmamalıdır. Hər şey öz həddində gözəldir, onda siz siz yaxşı düşünülmüş biznes ledi obrazı yaratmağa müəssər olacaqsınız.

ALT PALTARLARI

İstənilən bir rejissor sizə söylər ki, hər hansı bir aktrisanın kraliça rolunu inandırıcı oynamasından ötrü onun başdan ayağa kraliça kimi görünməsi və geyinməsi lazımdır, o cümlədən görmədiyimiz alt geyimləri də krallara layiq olmalıdır. Bu sizə və bizə də aiddir, ən adi gündəlik işgüzar kostyumun altında belə qadının üzərində gözəl, keyfiyyətli və zərif alt geyimi varsa, təbii olaraq o, özünü fərqli, daha əmin, daha füsunkar, daha xanım-xatun hiss edir. Əlbəttə ki, bütün bunlar onun imicində əks olunmaya biməz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir