internet

Azərbaycanlı uşaqlar internetdə daha çox nə ilə maraqlanırlar? – ARAŞDIRMA

Baxış sayı: 1. 715

“Kaspersky Lab” şirkətinin hesablamalarına görə, bu yay tətilində azərbaycanlı uşaqlar əsasən “YouTube” kanalında videolar, yeni serial və filmlər, eləcə də musiqi və sosial şəbəkələrdə ünsiyyət ilə maraqlanıblar.

“Kaspersky Lab”dan verilən məlumata görə, internetdə keçirdikləri vaxtın çox hissəsini onlar onlayn-mağazaların çeşidlərinin öyrənilməsi və kompüter oyunlarına sərf ediblər. Valideynlərin qorxduqları mövzular, yəni erotika, porno, alkoqol, narkotiklər, zorakılıq və qumar oyunları ilə isə uşaqlar daha az maraqlanıblar.

“Kaspersky Lab” mütəxəssisləri dünya üzrə uşaqların anonim axtarış sorğularını təhlil etdikdən sonra belə bir qənaətə gəliblər ki, sorğuların 22%-i film və serial axtarışı ilə bağlı olub. Azyaşlılar əksər hallarda “Hörümçək adam” haqqında çəkilmiş yeni filmlə maraqlanıblar. Eləcə də, uşaqların diqqəti “Ələddin” və “Con Uik” haqqında döyüş filminin üçüncü hissəsinə yönəlib.

Seriallara gəlincə isə, bütün dünyada olduğu kimi Azərbaycanda da azyaşlı istifadəçilər ən çox “Netflix”dən “Çox qəribə hadisələr” in yeni mövsümünü axtarıblar. Serialla yanaşı onlar həm də həmyaşıdları olan gənc aktyorlar haqqında da məlumatlarla maraqlanıblar. Uşaqlar arasında populyarlıq baxımından ikinci yerdə “HBO” şirkətinin “Çernobıl” mini-serialı olub. Maraqlıdır ki, bu serialın uğuru fonunda bütün dünyada uşaqlar radiasiya ilə maraqlanmağa başlayıblar – axtarış sorğularına “radioaktiv”, “radon” və digər oxşar sözlər əlavə olunmaqla yanaşı, hətta top onluğa da düşüblər.

komputer-telefon

Yayda uşaqların onlayn mağazalarda axtarış üçün daha çox vaxtları olub. “Kaspersky Lab”ın qlobal statistikasına görə, il ərzində “Elektron ticarət” kateqoriyası axtarış sorğularının orta hesabla 9%-ni təşkil etdiyi halda, yayda bu rəqəm 13%-ə yüksəlib. Alış-veriş üzrə ən populyar sorğular “Amazon”“eBay” və “AliExpress” ilə bağlı olub. Azyaşlılar geyim və ayaqqabı brendlərindən isə ən çox “Vans”, “Gucci”, “Zara”, “H&M”, “Off-White” və “Balenciaga” ilə maraqlanıblar. Texniki cihazlardan isə onları “Apple” və “Samsung” məhsulları cəlb edib.

Kompüter oyunlarına gəldikdə isə, statistikaya görə, yayda bu fəaliyyətdə bir qədər azalma müşahidə olunub. Ancaq bu o demək deyil ki, uşaqlar daha az oynamağa başlayıblar, əksinə, axtarış sorğularının məlumatlarından göründüyü kimi, kompüter oyunları filmlər və seriallar qədər axtarılıb – 19%; uşaqlar arasında ən populyar oyunlar sırasında isə “Minecraft”, “Roblox” və “Fortnite” yer alıb. Bundan başqa, uşaqlar getdikcə mobil platformalara keçirlər, oyunları smartfonlarda və planşetlərdə oynamağa üstünlük verirlər.

Bu yayın maraqlı tendensiyalardan biri də uşaqların şəbəkədəki gizlilik və anonimlik mövzularına marağının artması olub. Məsələn, axtarış sorğularına “Proxy” və “Tor” kimi sözlər daxil olub. Mütəxəssislər qeyd edirlər ki, ümumiyyətlə, gənc istifadəçilərin bu mövzuya marağı getdikcə artır.

“Uşaqlar dünyada baş verənlərdən məlumatlıdırlar. Bu yayın bir çox məşhur onlayn hadisəsi onların diqqətindən kənarda qalmayıb. Məsələn, “Roblox” oyununun 100 milyon istifadəçisi əsasən uşaqlardır. «TikTok» sosial şəbəkəsinin fəaliyyətə başladığı ilk aylarda əsas istifadəçilər məktəblilər idi, sonralar böyüklər də bu tendensiyaya qoşuldular. Uşaqların maraqlarını öyrənərək biz nəinki onları həyəcanlandıran, həm də bir çox yeni şeylər kəşf edə bilirik. Beləliklə, valideynlər uşaqla onu maraqlandıran mövzuları müzakirə etmək imkanına malik olurlar. Güvənli münasibət və açıq söhbət, uşağın yaxınlarına şəbəkədə tapdığı yalnız həyəcanı deyil, həm də şübhə və narahatlıq doğuran məqamların danışacağına zəmanətdir” – bunu “Kaspersky Lab” şirkətinin məzmun təhlili üzrə mütəxəssisi Anna Larkina deyib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir