ish

Müsahibə vaxtı bu sözləri heç vaxt deməyin!

Baxış sayı: 1. 246

Çox vaxt iş axtaran namizədlər özləri haqqında bunları deyirlər: “Çalışqanam, motivasiyalıyam, komanda ruhluyam, yüksək maaşlı iş axtarıram”.

İşəgötürən menecer isə bunları eşidir: “Bacarıqları məhduddur, yaltaqdır, yuxarı maaşlı, az zəhmət tələb edən asan iş axtarır”.

İş axtaran namizədlərin özlərini təsvir edərək işə qəbul olacaqlarını düşünmələri çox təəccüblüdür. İşəgötürən menecerlərə sizin “çalışqanam” deməyiniz maraqlı deyil, onlar sizdən bunu göstərməyinizi istəyirlər. Keçmişdə sizin başınıza hansı hadisə gəlmişdi, siz onu düzəltmək üçün nələr etdiniz və nəticə necə oldu?

is-gorusmesi-735x400

Keçmiş davranışlarınız gələcək davranışlarınızın ən yaxşı göstəricisidir.

Konkret nümünə göstərərək, keçmişinizdən bir hekayə danışaraq, siz işəgötürən menecerə necə bir işçi olduğunuzu göstərmiş olursunuz. Onlar həmin konkret misalın üzərində, sizi işə götürmə səbəblərini, yəni onların problemini necə həll edəcəyinizi təsəvvür edəcəklər. Həmçinin onlar sizi bu nümunə ilə yadda saxlayacaqlar. Aşağıda müsahibə zamanı istifadə edilən müştəri xidmətlərinə aid bir nümunə ilə tanış olun:

Mən Vircinia ştatının Hopvel şəhərində “Best Products” dükanının baş meneceri idim. Yeni il bayramı axşamı saat 20:00-da mənə, 8 yaşlı oğlu üçün uşaq avtomobili almış müştəri zəng vurdu. Oğlu yatandan sonra, atası maşını yığmaq istəyəndə, bağlamada batareyaların olmadığını görüb. Bu məsələni həll etmək üçün isə mənə zəng vurub.

Mən müştəriyə, onu dükanda gözləyəcəyimi söylədim. Sonra isə, hər ehtimala qarşı menecer köməkçisinə zəng vurub, batareyaların maşına əvvəlcədən quraşdırılıb quraşdırılmadığını soruşdum (öyrəndim ki, quraşdırılmamamışdı) və mağazaya getdim. Lazım olan batareyanı tapıb müştərimə verdim, və 8 yaşlı oğlanın bayramı korlanmadı.

Məndən müştəri xidmətləri sahəsində bacarıqlarımı soruşanda, bu hekayənin əvəzində mən “insanpərvərəm” və ya “mən insanları sevirəm” deyə bilərdim. Cey Blokun məhşur bir ifadəsi yerinə düşür: “Mənim itim insanpərvərdir, amma mən onu heç vaxt işə götürmərəm.” İşinizə birbaşa aid olan hekayə sizi işə qəbul olunmağa aparan ən sınanmış yoldur.

Yeni şirkətdə qarşılaşa biləcəyiniz vəziyyətləri, keçmişdə qarşılaşdığınız oxşar hallarla misal şəklində təsvir etsəniz, hekayəniz sizin “çalışqan, motivasiya olunmuş və komanda ruhlu” olduğunuzu, siz bu sözləri demədən də nümayiş etdirəcək.

Bir çox hallarda bu, işəgötürənin “siz işə qəbul oldunuz” deməsi ilə nəticələnir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir