USAQ

Heç bir uşaq “kitab uşağı” deyil – VALİDEYNLƏRİN MENYUSUNA

Baxış sayı: 1. 067

“Kitab uşağı” dediyimiz uşaqlar kitablardakı inkişaf mərhələlərini eynilə təkrar edən uşaqlardır. Bəzi validenylər uşaqlarını, xüsusilə də, ilk uşaqlarını daha yaxşı tanımaq üçün kitablarla müqayisə edirlər. Məsələn, kitabda 15-ci ayda baş verən hər hansı bir prosesdən söhbət gedirsə, bu proses gecikdikdə həyəcan təbili çalırlar. Və ya əgər bu proses vaxtından əvvəl baş verirsə, bunu üstünlük kimi qəbul edirlər. Halbuki, əslində hər bir uşaq üçün ayrı bir kitab yazmaq olar.

usaqlar

Uşaqların inkişafındakı ümumiləşdirmələrə gəlincə, bu ümumiləşdirmələr daha çox ümumi inkişafa nəzarət etmək üçündür. Başqa sözlə, bu ümumiləşdirmələrdə bəzi dəyişikliklərin olması təbiidir. Yəni, bu vəziyyət uşaqda bir çatışmazlıq və ya bir üstünlük demək deyil.

usaq bezi

Bir sözlə, validenylər uşaqların istər fiziki, istərsə də, psixoloji inkişafında fərqlər olduğunu unutmamalı, kitablardan ümumi məlumatları əldə etmək üçün istifadə etməlidirlər. Əgər uşağınızın inkişafında ciddi fərqlər varsa, bunun üçün bir mütəxəssisə müraciət edə bilərsiniz.

 

Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir