el yumaq

Bu əşyalara toxunduqdan sonra əllərinizi mütləq yuyun

Baxış sayı: 1. 233

Ayaqyoluna getdikdən sonra və yeməkdən əvvəl əllərimizi yumaq adət halını alıb. Artıq uşaqlarda bilir ki, bu vacib bir gigiyena qaydasıdır.

Lakin gün ərzində toxunduğumuz bəzi əşylarda olan bakteriyaların çoxluğu barədə məlumatsızıq.

Beləliklə, toxunduqdan sonra əllərinizi yumağın vacib olduğu əşyaların siyahısını təqdim edirik:

 

Tutacaqlar

Metroda, taksidə, avtobusda və s. tutacaqları gün ərzində bir dəfə dezinfeksiya edirlər. Amma düşünmək lazımdır ki, həmin tutacaqlara sadəcə 15 dəqiqə ərzində neçə nəfər toxunur.

 

Pul

Gün ərzində kağız və dəmir pullardan istifadə edirik. Buna baxmayaraq, bakteriyaların məskəni olan pula toxunduqdan sonra nadir hallarda əlimizi yuyuruq.

 

Heyvanlar

Pişik və itlər infeksiyanın yayılması üçün potensial təhlükə mənbəyidir. Mütəxəssislər hətta ev heyvanları ilə oynadıqdan sonra belə əllərinizi yumağı məsləhət görür.

 

Kafe və restoranlardakı menyular

Metrolardakı qapı və tutacaqlar dezinfeksiya olunduğunu halda kafe və restoranlardakı menyulara bunu etmək mümkün deyil. Düşünün ki, sizdən və sonra menyulara nə qədər adam toxunur.

 

Telefonlar

Telefonla danışdığınız halda onun ekranı üzünüzə toxunur. Bu isə onun üzərində olan bakteriyalarla bir başa əlaqə olmağınız deməkdir. Buna görə də telefonunuzu mümkün qədər antibakterial salfetlərlə təmizləyin.

 

Maye sabunlar üçün qab

İctimai ayaqyollarında olan maye sabunu üçün olan qablar ən azı unitaz qədər çirklidir. Buna görə də əlinizi yuduqdan sonra çalışın heç bir əşyaya toxunmayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir