Mektebde telefon

Məktəblərdə telefon qadağan olunsunmu?

Baxış sayı: 1. 573

Orta məktəblərdə mobil telefonların qadağan edilməsi növbəti dəfə gündəmə gəlib. Milli Məclisin dünən keçirilən plenar iclasında millət vəkili Azər Badamov sözügedən mövu ilə bağlı təklif irəli sürüb.  O qeyd edib ki, orta məktəblərdə şagirdlər tərəfindən mobil telefonların istifadəsi qadağan edilməlidir:

Sinif otağında hər hansı bir şagirdin mobil telefonuna zəng gəlməsi ümumi dərs prosesini pozur. Təklif edirəm ki, “Təhsil haqqında” Qanuna telefonların sinif otağına girişini qadağan edən bir maddə əlavə edilsin”

Təşəbbüsü dəyərləndirən təhsil eksperti Məlahət Mürşüdlü söyləyir ki,  məktəblilərin tədris prosesində telefondan istifadə etməsi çox ciddi problemdir:

“Azərbaycanda da məktəblərdə telefon qadağasına ehtiyac duyulur. Valideynlərin bəziləri bu qadağa ilə razılaşmır və bildirirlər ki, uşaqları ilə əlaqə yaratmaq istəyir, nə zaman, harada olmağı ilə bağlı məlumatlı olmağa çalışırlar. Yəni valideyn dərsdən sonra uşaqlarına nəzarəti telefon vasitəsilə həyata keçirir. Amma bu o demək deyil ki, valideyn tədris prosesində istənilən zaman uşağına zəng edib, onunla maraqlanmalıdır. Belə olmaz və bu yolverilməzdir”.

M. Mürşüdlü bu məsələ ilə bağlı xarici ölkələrin təcrübəsindən yararlanmağı tövsiyə edir:

“Bir çox xarici ölkələrdə artıq belə bir partika var. Şagird məktəbə daxil olduqdan sonra telefonunu xüsusi ayrılmış şkafa qoyur, təhvil verir və şkaf bağlanır. Dərs bitdikdən sonra yenidən telefonunu götürüb, valideyni ilə əlaqə saxlayır. Bu təcrübəni bütün məktəblərdə tətbiq etmək olar. Şagirdləri də buna alışdırmaq lazımdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir