komputer-usaq

Azyaşlıları kompüter və telefondan necə uzaq tutmalı?

Baxış sayı: 1. 071

Amerikalı mütəxəssislər bildirir ki, kompüter ekran qarşısında çox vaxt keçirən uşaqlarda görüntü sindromu əmələ gətirir. Nəticədə uşaqlar arasında göz xəstəlikləri sürətlə artmağa başlayıb. Bundan başqa, rəqəmsal cihazlardan istifadə çox olduqda uşaqlarda gözlərini tez-tez qırpma adətini də yaradır. Araşdırmalara görə, kompüter və ya başqa elektron cihazlardan istifadə edən insanlar, bu cihazlardan istifadə etməyən insanlardan üç dəfə az gözlərini qırpır. Bu halda gözün ön hissəsi quruyur və normal insanlarda olduğundan daha az nəmli olur.

Ümumiyyətlə, hazırkı dövrdə elmi-texniki tərəqqinin, texnologiyanın inkişaf etdiyi vaxtda kompütersiz, rəqəmsal cihazlarsız həyatımızı təsəvvir etmək mümkün deyil. Məlum məsələdir ki, insanlar kompüter, internet vasitəsilə müəyyən ehtiyac duyduqları elmi məlumatları alır, biliklərə yiyələnirlər. Hətta peşəsindən asılı olaraq gününün böyük hissəsini kompüter arxasında keçirməyə məcbur olan çoxlu sayda insanlar var.

Bununla belə, əyləncə xətrinə saatlarla ekran qarşısında əyləşən uşaqların da sayı az deyil. Sırf əyləncə xətrinə rəqəmsal cihazlardan istifadə edən uşaqlarlarda sonradan buna qarşı aludəçilik yaranır, real aləmdən, ətraf mühitdən uzaqlaşırlar.

Bəs rəqəmsal cihazlardan, kompüterdən istifadə azyaşlı uşaqlarda sonradan hansı problemlər yarada bilir?

Fərqanə Mehmanqızı ile ilgili görsel sonucu

Mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızı “aşağıdakıları dedi: “Azyaşlı uşaqların kompüter qarşısında çox vaxt keçirməsi sonradan onlarda sosiallaşma ilə bağlı problem yaradır, özünə qapanmağa meylli olur. Çünki cəmiyyətlə münasibəti pozulur, nəticədə  bu cür amillər ortaya çıxır. Özünə qapanma isə gələcəkdə özgüvənsizliyə, özünü təsdiq, tanıda bilməməyə gətirib çıxarır. Bundan başqa, uşaqlar diqqətdən kənarda qaldıqları üçün sevgidən, qayğıdan da məhrum olur. Məlum olduğu kimi, hər bir insan, o cümlədən uşaqlar sevgiyə, qucaqlanmağa ehtiyac duyur. Qucaqlaşmaq, fiziki toxunuş, sığal olmadıqda həqiqətən insanların psixologiyasına mənfi təsir göstərir.

Belə bir araşdırma da aparıblar ki, anadan olan uşağın hər bir ehtiyacını yerinə yetirirlər, amma ona fiziki toxunuş olmur, qucaqlamırlar. Məlum olub ki, həmin uşaq, sadəcə, 6 ay yaşayıb. Buradan da belə bir nəticəyə gəlmək olur ki, uşaqlara olan diqqət  nəinki psixoloji, həm də fiziki toxunuşla olmalı, sevgi göstərilməlidir.

Lakin texnologiyalı  bağlılıq bu məsələləri uşaqlardan alır. Məlum məsələdir ki, bir çox hallarda bu valideynə də sərf edir ki, uşaq telefon, kompüter, televizor qarşısında oturanda başı ona qarışır, valideyn də öz işini görür, övladının ondan asılılığı azalır. Lakin valideyn unudur ki, bu zaman uşağın valideynə qarşı mənəvi aclığı artır və bu gələcəkdə çox böyük aqressiyalı  davranışlara, bu isə cəmiyyətdə özünü şəxsiyyət pozğunluğu ilə göstərəcək. Şəxsiyyət pozğunluğu göstərən hər bir fərd təbii ki, ictimaiyyətdə özünü büruzə verəcək. Məsələn, qətllər, dəhşətli hadisələrin kökündə sevgisizlik dayanır.

Bu gün tez-tez müşahidə edirik ki, ailədaxili problemlər, intihara meyllilik artıb. Beləliklə, uşağı gələcəkdə şəxsiyyət kimi yetişdirmək üçün bütün bunlara önəm vermək lazımdır. Uşağın şəxsiyyətinin korreksiyası zamanı buraxılan hər bir səhv gələcəkdə onun şəxsiyyətinin təməlində böyük uğursuzluğa gətirib çıxara bilər. Unutmamalıyıq ki, uşaqların yetişməsində onun ətrafındakı insanların bir-birinə və ona qarşı olan davranışlarının böyük önəmi var”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir