moda

Dəb imperatriçasından zövqlü görünməyin 6 qaydası

Baxış sayı: 952

Dizayner, 4 uşaq anası, həyat yoldaşı və şəxsi dəb imperiyasının yaradıcısı Viktoria Bekhemin hər çıxışı sözsüz ki, hədəfə atılmış stil oxlarıdır. Bir gün o, mükəmməl uyğunlaşdırılmış karamel rəngli kostyumda Parisdəki bir işgüzar görüşə tələsir və sabah isə midi yubka geyinərək böyük oğlu Bruklinlə birlikdə Londonun məşhur restoranlarının birində nahar edir.

Viktoriya özü lakonik, minimalist, monoxrom çalarlar və axıcı siluetlərin pərəstişkarıdır. “Gencaile.az” saytı “Publika.az”-a istinadən onun obrazlarından ilhamlanaraq oxucuları Vikinin həmişə yadda saxlamaq lazım olan altı dəb qaydaları ilə tanış edir.

 

1. Çantanı əldə saxlayın

Hətta çantanın kəməri və qısa qulpları olsa da.

 

2. Soroçkanın və ya donun altından vodolazka geyinin.

Qarderobun bu elementi sizi istənilən vəziyyətdən xilas edəcək. Onun hesabına birinci qat daha dəbli görünəcək.

 

3. Cins və futbolkaları birləşdirin

Bu ikisinin birləşməsi mükəmməl alınır. Xüsusilə köynəyin yarı hissəsi içəri keçirilibsə.

 

4. Parlaq rənglərdən qorxmayın

Qırmızı, çəhrayı, mavi və digər zəngin çalarlarda eksantrik görünməyəcəksiniz, əgər onların kəsimi lakonikdirsə.

 

5. Hərdən hündürdabanları yada salın

Sözsüz ki, krosovkalar inanılmaz dərəcədə rahatdır, ancaq hündürdabanlar istənilən obrazı zərif etməyə qadirdir.

 

6. Klyoş şalvarlara etibar edin

Viktoria Bekhemin sözlərinə görə, bu şalvarlar hər vəziyyətdə kömək edir.

geyim 5

geyim 4

geyim 3

geyim 2

geyim 1

geyim




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir