beyin

İdman edəndə beyin yorulur? – ARAŞDIRMA

Baxış sayı: 948

Fransız və ingilis alimləri müəyyən ediblər ki, fiziki tapşırıqlar zamanı yalnız əzələlər deyil, həm də insanın beyni yorulur. Ekspertlərin fikrincə, idman, məşq zamanı beynin müəyyən sahələri düzgün işləməyi dayandırır.

Alimlər qeyd ediblər ki, məşq edəndə beynin nəzarət və qərarların qəbul edilməsinə cavabdeh olan sahələri yorulur. Ekspertlər bununinsanın həddindən artıq işləməməsi və zərər görməməsi üçün özünü izləməsi səbəbiylə baş verdiyini izah edirlər. Mütəxəssislər hesab edirlər ki, idmançının yorğunluğuna yalnız fiziki yorulma deyil, həm də zehni fəallığın artması təsir göstərir.

Elm adamları, yükü artıraraq orta gücləndirilmiş proqramla edilən məşqdən sonra yorulan orqanizmin gec bərpa olunduğunu müəyyən ediblər. Onların sözlərinə görə, belə məşq edən şəxslər bundan sonrakı üç həftə ərzində özlərini əzgin hiss ediblər.