ayriliq

Cütlüklər tez-tez ayrılıb barışırsa… MARAQLI ARAŞDIRMA

Baxış sayı: 1. 115

Sevgililərin ayrılıb barışmasına çox rast gəlinir. Ayrılma və barışma ilə nəticələnən bu münasibətlər barədə maraqlı fikirlər var. Belə ki, bəziləri düşünür ki, pis hadisələr zamanı cütlüklər ayrılıb yenidən barışırsa buonların münasibətlərini daha da gücləndirir. Belə deyilmiş. Əslində isə tez-tez ayrılıb barışmaq münasibətləri gücləndirmir, sadəcə süründürür. Missiuri Universiteti bu istiqamətdə 500 gənc arasında araşdırma aparıb.

Araşdırma nəticəsində cütlüklərin 60%-nin tez-tez ayrılıb barışması üzə çıxıb. Münasibətləri tez-tez pozulmayan cütlüklərlə müqayisədə sübut olunub ki, 60%-i əhatə edən sevgili gənclərdə bağlılıq və əlaqə daha zəifdir. Həmçinin bu tip ayrılıb barışmaların hər iki tərəf üçün depresiya və bir sıra başqa psixoloji problemlər yaratdığı ortaya çıxıb.

Araşdırmlara görə ayrılıqlar əsaslı davaların və xəyanətlərin ucbatından olduğu halda, tərəflər bir-birilərinə bağlı olduqlarına görə barışırlar. Münasibəti daha ciddiyə alan tərəf digər tərəfin münasibətlərə zərər vuran davranışlarına baxmayaraq, onu itirməmək üçün dözür.

Xırda bir mübahisədən sonra tərəflərin bir-birilərini sınağa çəkmələri və qarşı tərəfə kifayət etmədiklərini düşünmələri onları ayrılığa aprdığı halda, qısqanclıqdan qaynaqlanan həyəcan və söz – söhbət də depresiyaya səbəb olur. Sağlığın hər şeydən önəmli olduğunu və narahatlıq yaradan bir münasibətin böyük zərərlər verəcəyini deyən psixoloqlar, ayrılıb barışma üzərində qurulan münasibətlərdə tərəflərin barışmalarına səbəbi açıqlayırlar. Bu bir-birilərinə olan cinsi istəkdir.

Araşdırmaçılar deyir ki, ayrıldığınız adamla barışarkən yada salacağınız tək bir şey var, o da “mən bu adamla niyə ayrılmışdım?!” sualını özünüzə verməkdir:

“Əgər ortada barışma ehtimalı varsa, əvvəlcə sevgilinizlə nələrin düz getmədiyini danışmalı və eyni problemləri təkrar yaşayıb-yaşamayacağınızı anlamalısınız.

Qırıq bir qəlb heç düzəlməyəcək kimi hiss olunur. Ancaq depresiya içərisində batmamaq və yenidən ayağa qalxmaq üçün özünüzü inkişaf etdirməyə məcbursunuz. Hissləriniz əsla inkar etməyin. Həyatınıza nəzarəti əlinizə almağın vaxtı gəlmədi artıq?”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir