Sevdiyimiz filmləri yəqin ki, dəfələrlə izləyirik. Bəs görəsən yetəri qədər diqqətlə izləyirikmi? Bəzən çox fərqli səhnələr olur ki, heç fikir vermirik.
“Home Alone” – Artıq yeni il gəldə və bu kinonun loru dildə desək sezonu bağlandı. Uşaqlığımızdan dəfələrlə izlədiyimiz bu filmdə hər şeyi xatırlayırıq? Bir səhnəni nəzərinizə çatdırım: Kevinin anası yolda ikən, narahat olduğunu bildirir. O deyir ki, sanki bir şeyləri unutmuşam. Həyat yoldaşını rahatlatmaq üçün Kevinin atası bildirir ki, o qarajın qapısını açıq unudub. Daha sonra kinoda da göstərirlər ki, həqiqətən də qarajın qapısı açıq qalıb.
“Harry Potter”in son bölümündə Lucius Malfoy-un boynunda rəqəmlərdən ibarət döymə görünür. Bu Azkabanda həbsdəykən aldığı rəqəmlərdir.
“Hotel Transilvaniya”da toy şəklində Mavis görünmür. Niyə? Çünki o vampirdi, şəkillərdə çıxmır
“Şərq ekspresində qətl” filmində son bölümdəki səhnə Leonardo Da Vincinin “Son axşam yeməyi” rəsmindəki kimidir.
“Titanik” gəmisinə diqqətlə baxsanız 4-cü borudan tüstü çıxmadığını görə bilərsiniz. Səbəbi? Çünki gəmi tikilərkən də həmin 4-cü boru dekorasiya üçün qurulmuşdur və həqiqətən də oradan tüstü çıxmırdı.