Bəs ayrılığın həqiqi səbəbi nədir?
Ayrılıqların arxasında gizlənən səbəbləri təqdim edirik:
Şəxsiyyətə nəzarət edə bilməmək
Aşiq olanda ən çox edilən səhvlərdən biri, şəxsi eqodan, bəzən isə öz mənliyindən vaz keçməkdir. İnsanlar qarşı tərəfi itirməkdən o qədər qorxur ki, öz dəyərlərini unudur. Əslində isə itirmək qazanmaqdır, sadəcə biz bunu fərq etmirik. Əks təqdirdə bütün münaqişələrin nəticələri məhz qarşı tərəfin iradəsindən asılı olur, bizim iradəmiz isə sədacə ona tabe olmaqla kifayətlənir. Bu səbəbdən də öz şəxsiyyətinizi itirməyin.
Sevgin üçün mübarizə apar
Sevgi əbədidir, qəlbdən “vurulma” isə hormanardan asılıdır. Eşq sizə yeni başlanğıclar üçün güc verər. Əksər insan eşqə düşər və çox keçmədən də eşqin yavaş-yavaş yox olduğunu iddia edər. Amma ki, eşq əsla silinməzdir. Təsirini itirirsə, deməli eşq deyilmiş, sadəcə bir bağlılıq imiş. Sevgi mübarizə etdirər, bununla da zəhmətinizin qarşılığını alarsınız.
Özünü ifadə etməkdə çətinlik
Sevginizi etiraf edəcəyiniz zaman boğazınızın düyünlənməsi təbiidir. Sevgilinizin sizi anlamaq məcburunda olduğunu düşünməyin. Qəlbdən gələn qəlbə yol açar. Birini sevirsinizsə, bunu olduğu kimi ifadə etməyi bacarın.
Sevgi ilə mərhəməti qarışdırmayın
Duyğusal olmaq eyni zamanda həm güclü olmaq, həm də zəiflik mənasına gəlir. Biri gəlib özünü sizə acınacaqlı hekayə ilə izah edərsə, onun halına yanacaq, dərdinə üzüləcəksiniz. Bu insanı sevə bilərsiniz. Ancaq hisslərinizi doğru anladığınıza əmin olun. Mərhəmət və sevgi fərqli duyğulardır.
Ümidsizcə sevgini izah etməyə çalışmaq
Əksər insan ümidsiz və dərindən aşiq olduğunu sübut etmək üçün çalışar. Sevgi sübutlara ehtiyac duyulan bir elm deyil. Sübut edilməz, hiss edilər.
Sevgi bir status deyil
Sosial statusunuzda tarazlıq olsun deyə birini seçib, sevə bilməzsiniz. Sevgi sosial statusa baxmaz. Bütün böyük eşq hekayələrində zaman-zaman insanlar bir-biri ilə ağır şəkildə iddiaya girər. Əgər öz mənfəətinizi düşünsəniz, sevgi bir iş anlaşmasına çevrilər və bir sevgi olmaqdan uzaqlaşar.
Sabit fikirli olmaq
Həyatda baş verən paradoksları anlamaq üçün, bəzən baxış bucaqlarını dəyişməyə, yeniləməyə ehtiyac duyulur. Sabit fikirlilik isə qarşılıqlı münasibətlərdə arzu olunmayan vəziyyətlərə gətirib çıxara bilər. Sabit fikirli insanlar ikili münasibət yaşamaqda çətinlik çəkir, çünki öz bildiklərini deməkdən heç zaman əl çəkmir, bu isə onlara əsl gerçəkləri görməyə əngəl olur.
Mütəmadi olaraq sevgilini dəyişdirmə xüsusiyyəti
Dəyişim labüddür, ancaq güclə əldə edilə bilməz, zamana həvalə etmək lazım. Tərəf müqabilinizin dəyişməsini gözləmək bəzən sadəcə axmaqlıqdır, əgər sevirsinizsə onu qüsurları ilə qəbul edin. Dəyişməsini gözləməyə başladığınız anda ilk olaraq özüzünü nəzərdən keçirməlisiniz. Bu səbəbdən onun mükəmməl olmasını gözləməyin.
Sevginin arxasınca düşmək
Qarşılıqlı deyilsə bu sevgi deyil. Arxasınca düşməkdən əl çəkin. Sevgi kəpənəyə bənzəyir. Nə qədər arxasınca düşsəniz, onu tutmağınız o qədər çətin olar. O qarşınıza heç gözləmədiyiniz bir anda onsuz da çıxacaqdır.