aile

Həyatınıza həyat yoldaşınızın pəncərəsindən necə baxmalısınız? – “EVLİSƏN”

Baxış sayı: 1. 184

Hər bir evli şəxsin evlilik həyatı ilə bağlı bəzi müsbət və ya mənfi fikirləri var. Lakin bu fikirlər hər iki tərəfin ortaq qənaəti ilə formalaşmırsa, evlilik üçün ziyanlı ola bilər. Yəni, yalnız bir tərəfin fikirləri evliliyə qiymət vermək üçün kifayət deyil. Tərəflərin evliliklərinə bir-birilərinin prizmasından qiymət vermələri ailənin möhkəmliyi üçün də çox vacibdir. Bu, həmçinin tərəflərin bir-birilərini daha yaxşı başa düşmələrinə və problemlərə daha sağlam fikirlə yanaşmalarına da kömək edər. Digər tərəfdən, bu şəkildə tərəflər bir-biriləri haqqında mənfi düşünməməyi də öyrənə bilərlər. Elə isə necə olursa-olsun, evliliyinizə həyat yoldaşınızın da pəncərəsindən baxın. Üstəlik, “Mən həyat yoldaşımı onsuz da tanıyıram” deyə qabaqcadan hökm verməyə çalışmayın. Əgər belə səhvlərə yol verməsəniz, inanın, gələcəkdə evliliyiniz haqqında çox şey öyrənə bilərsiniz. “Gencaile.az” saytının “Evlisən” rubrikasında məhz bu mövzudan bəhs edəcəyik.

aile

Evliliyə səhv qiymət verənləri əsasən iki qrupa ayırmaq olar:

1) Evliliyə müsbət qiymət verənlər…

– Bəzi tərəflər evliliklərində hər hansı bir problemin olmadığına inanırlar. Bu düşüncəyə istinaq edərək həyat yoldaşlarının da problem yaşamadıqlarını düşünürlər. Həyat yoldaşları bir problemdən bəhs etsə də, onu başa düşməkdə çətinlik çəkirlər. Dolayısı ilə həyat yoldaşlarının problem kimi təqdim etdikləri məsələnin həllinə də səy göstərmirlər. Həyat yoldaşlarını başa düşmədikləri üçün bəzi şeyləri onların problemə çevirdiklərini düşünürlər. Buna görə də, nə olursa-olsun, evliliyə müsbət baxmaq lazımdır. Lakin bu baxış hər iki tərəf üçün də eyni olmalıdır. Yəni, tərəflərdən biri hər hansı problem yaşayırsa, digər tərəf də buna əhəmiyyət verməli və o problemin mənbəyini axtarmağa çalışmalıdır.

 

2) Həyat yoldaşı ilə problem yaşadıqlarını düşünənlər…

– Onlar əsasən xoşbəxt deyillər və problemlərin qarşı tərəfdən irəli gəldiyini düşünürlər. Həqiqətən də, bir tərəf o biri tərəfin hərəkətlərinə görə problem yaşaya bilər. Ancaq təkcə qarşı tərəfin səhvlərini görüb məyus olmaq əvəzinə qarşı tərəfin bu evliliyə necə qiymət verdiyini anlamağa çalışmaq lazımdır. Digər tərəfdən, burada da problemin mənbəyini axtarmaq çox vacibdir. Hətta, lazım gəlsə, problemin kökünü özünüzdə də axtara bilərsiniz. Məsələyə bu şəkildə yanaşmaq və ittihamçı mövqeyindən çıxaraq ortaq bir məxrəc tapmaq evliliyinizin gələcəyi üçün də vacib ola bilər.

 

 

Hazırladı: UĞUR




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir