ish

Əsl rəhbər olmağın gizli sirri

Baxış sayı: 1. 352

“Lider olmaq, bir az valideyn olmaq kimidir”. Bu sözlər TEDxUCLouvain Talk-da keçmiş şirkət idarəçisi olan Lars Sudmanna aiddir. Əvvəlcədən, necə edəcəyimizə, nə qədər inanılmaz olacağımıza və digər insanların etdiyi səhvləri aradan qaldıracağımıza dair hərdəm-xəyal fikirlərdə oluruq. .

Ancaq məsələ səlahiyyət qəbuluna gəldiyi zaman, gerçəkliyin gözləntilərimizə və ya xəyal gücümüzə uyğun olmadığını təsbit edirik. Buna Sudmannı başına gələnləri misal çəkmək olar. Belə ki, Sudmannın ilk dəfə liderliyi öz üzərinə götürməyi planladığı iclasda, hər şey bir işçinin verdiyi sualla alt-üst olub. Şirkət əməkdaşının elektron yazışmaqla bağlı sualını cavablandırmaqda çətinlik çəkən Sudmann ilk məyusluğu belə yaşayıb.

Bir neçə ay sonra Sudman, bütün liderlərin inkişafına maneə olan faktorlara qarşı mübarizə aparmalı olduğunu dərk edib.

İş dünyasında olan bir çox insan kimi, liderlərin etməli olduğu çoxlu iş olsa da bunları edəcək qədər vaxtları yoxdur. Təsirli, güclü görünmək üçün onlar çarəsizcə, başsız toyuq kimi yarışır. Strategiyalarını və prioritetlərinin səlis formada təsəvvür etmirlər, salahiyyət sahibi olduqları üçün tabeliyində olan işçilərin bir çox problemləri onlara çatmadan həll edəcəyi düşüncəsində olurlar.

Hazırda Belçikada idarə məsləhətçisi kimi fəaliyyət göstərən Sudmann, Roma imperatoru və filosof olan Marcus Aureliusda “klassik liderlik problemlərinə” həll yolu tapıb. Başqalarını istiqamətləndirməyə və rəhbərlik etməyi öyrənmək üçün vaxt itirmək əvəzinə, Marcus Aurelius təəccüblü şəkildə enerjisini öz liderliyinə hakim olmağa yönəldib.

Bundan əlavə Sudmann  visa kredit kartlarının qurucusu olan Dee Hockun maarifləndirici bir fikri ilə qarşılaşıb:

“Liderlik etmək istəyirsənsə, zamanının ən az 100-də 40-nı özün üçün idarə et”.

Sudmann, bu fikrin ona çox yararlı olacağına inanıb..

Bəs digər liderlərin müvəffəqiyyətli olmasına yardım edən, bir lider kimi Sudmannı böyük rəhbər olmasına kömək olan sadə, ancaq effektli 3 fəaliyyət nədir?

Əksikliklərinin fərqində ol 

Liderlərin bütün ön düşüncələrini, seçimlərini və zəyif cəhətlərini bilmələri gərəklidir. Bir idarəçinin sahib olması gərəkən çox vacib məlumatlardır. Sudmannın “xarakterik xüsusiyyətlərin nəzarəti” dediyi planı dəyərləndirin.

Mənfi lider və ya idarəçi olduğunu zənn etdiyiniz birini düşünün.

Sizcə bu mənfi rəyləri yaradan xüsusiyyətlər nədir?

Daha sonra isə özünüzə sual verin: Bu davranışlardan hər hansısa birini paylaşırsınız? Əgər bu davranışlara sahibsinizsə mənfilik dərəcəsinə görə özünüzü 1 ilə 5 arasında bir qiymət verin.

Bəzi  mənfi davranışlar sizinlə birlikdə evə gəlirsə təəccüblənməyin. Sudmanna görə, başqalarında mənfi gördüyünüz şeylər həmçinin özünüzdə əks olunur. Yaxşılaşdırma metodunu müəyyən etdikdən sonra onlar üzərində necə çalışacağınıza dair plan qurun. Hər ay bir xarakterik xüsusiyyətinizə nəzarət edin.

Problemlər üçün özünüzə vaxt ayırın

Hər gün, son zamanlarda qarşılaşdığınız çətinlikləri və yaxında qarşılaşacağınız problemləri düşünmək üçün 5-10 dəqiqənizi ayırın. Soruşulması vacib olan suallar isə bunlardır:

“Liderlik dünən necə keçdi?”

“Qarşılaşdığım lider, üzləşdiyim çətinliklərlə necə mübarizə apara bilərdi?”

“Bugünkü çətinliklərdən nə xəbər var?”

“Nəyi fərqli edə bilərəm?”

Düşüncələrinizi yazın, beləliklə geri dönüb onlardan fikir ala bilərsiniz.

Duyğularını tənzimlə

Nə qədər hazırlaşdığınız vacib deyil. Sizi əsəbləşdirən, hirsləndirən işçilər, iş dostları, müştərilər və ortaqlar olacaq. Sudmann, problemlər zamanı nəfəs almağın vacibliyini vurğulayıb. “Sürətlə ara verib, geri dönməliyəm” deyə düşünün. Söylədiklərinizin üzərindən keçmək üçün bir dəqiqənizi ayırın.

Özünüzə belə düşünmək üçün bir dəqiqə verin:

“Bu vəziyyəti həll etmək istəyən lider necə olmalıdır?”

Cavab sizə gələcəkdir. Həyatın böyük sirri öncə özümüzü qəbul etmək və özümüzə qəbul etdirməklə başlayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir