dadlandirici

Dadlandırıcılar sonsuzluq yaradır

Baxış sayı: 2. 110

Süni şəkər özəlliyi daşıyan bu dadlandırıcılar çəkiyə nəzarət etmək üçün istifadə olunur. Ancaq bu problemləri də özü ilə bərabər gətirir.

Mütəxəssislər “hamilə qalmaq istəyənlər dadlandırıcılardan uzaq dursun”, – deyə xəbərdarlıq edir. Çünki bunlar həm qadın, həm də kişilərdə sonsuzluğa yol açır.

Dadlandırıcı istifadə edən qadın və kişilərin yumurtalıq və sperma keyfiyyətinin önəmli ölçüdə düşdüyünü deyən mütəxəssislər bu dadlandırıcıların tərkibində olan “aspartam” maddəsinin doğuş məhsuldarlığını azaltdığını qeyd ediblər. Xüsusən dietik kola yumurtalığın inkişafına mənfi yöndən təsir edir. Qadınların üzərindəki zərərlərini isə saymaqla bitməz.

Asılı olursuz

Kola, şəkərli saqqız, gellər kimi qidaların da ana-ata olmaq yolunda maneə olduğu  deyilir. Bu dadlandırıcıların bir zərəri də insanlarda asılılıq yaratmasıdır. İnsanlarda daimi istək yaradır. Fizioloji nizamı pozur.

Cinsi həyata böyük zərbədir

Saxta dadlandırıcılar qadınlarda menstruasiya pozğunluğu, yumurtalıq funksiyalarında, hamiləlik nisbətində azalma görülür. Kişilərdə xaya funksiyaları və testesteron hormonunun, libidonuun azalmasına, sperma keyfiyyətinin aşağı düşməsinə səbəb olur.

Artıq çəkilərdən qorunmaq üçün istifadə olunan dadlandırıcılar həm şəxsi həyatı, həm də cütlüklərin gələcəyini təhdid edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir