Elnur Rustemov

“Yeniyetmələr istəyir ki…” – Psixoloq 15 yaşlı qızın intihara cəhd səbəbindən danışır

Baxış sayı: 922

İki gün öncə Bakıda 15 yaşlı qız intihara cəhd etmişdi. Belə ki, 2004-cü il təvəllüdlü Avcı İlahə Ramazan qızı intihar etmək məqsədilə özünü dənizə atmışdı. Həmin ərazidə xidmət aparan polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində İlahə Avcı dənizdən çıxarılaraq dərhal tibbi yardım göstərilməsi məqsədilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə aparılmışdı. Hazırda İlahə Avcının səhhəti normaldır.

Yeniyetmələrin canlarına qəsd etməsi hər zaman xüsusi olaraq diqqət çəkan məqamlardan biridir. Cəmiyyət olaraq yalnız bir sual meydana çıxır. Bu da 15 yaşlı qızın intihar həddinə çatmasına nəyin və ya kimin səbəb olmasıdır?!

 

Psixoloq Elnur Rüstəmov açıqlamasında bildirir ki, intihar hadisəsi baş verərkən elə məlumatlar olur ki, onları mətbuatda səsləndirmək düzgün deyil.

Psixoloqun sözlərinə görə, yeniyetmələrin intiharı zamanı vətəndaşlar və cəmiyyət adətən məktəbi günahkar bilir:

Elnur Rustemov

“Dünənki intihara cəhd hadisəsi ailə problemi fonunda yeniyetmənin vermiş olduğu bir qərardır. Yəni, ailədəki konflikt, yeniyetmənin ailəsi ilə münasibətinin pis olması, validyenlə-uşaq arasında doğru ünsiyyətin olmaması yeniyetmədə psixoloji gərginliyə, narahatçılığa gətirib çıxarır. Sonda isə bu narahatçılıq yeniyentmə tərəfindən intihar addımının atılmasına səbəb olur. Əgər hüquq mühafizə orqanlarının çevikliyi olmasaydı növbəti bir məktəblinin həyatına son qoymasının şahidi olacaqdıq. Nə yaxşı ki, onu xilas ediblər. Amma bu prosesdə bir daha diqqətdə saxlamaq lazımdır ki, söhbət konkret olaraq yeniyetmə, uşaq və məktəblilərlə bağlı birgə əməkdaşlığın vacibliyindən gedir. Burada məktəbin üzərinə düşən öhdəliklər kimi validyenin də üzərində vəzifələr var. Bu öhdəliklər yerinə yetirilməlidir. Əks təqdirdə cəmiyyətdə doğru olmayan bir yanaşma formalaşır. Bu da istənilən problemin və xoşagəlməz hadisənin məsuliyyətinin məktəbin üzərinə atılmasından ibarətdir. Düzdür, biz demirik ki, məktəblərdə hansısa problemlər yoxdur. Bu problemin həlli istiqamətində də valideyn məktəb qədər maraqlı olmalıdır. Valideyn bu prosesdə dəstək olmalıdır”.

 

“Mətbuatda intihar halları zaman verilən informasiyalara diqqət yetirməli və həssas yanaşmalıdırlar”

E.Rüstəmov bildirir ki, yeniyetmə psixologiyasından qaynaqlanan müxtəlif psixoloji problemlər var:

“Məsələn, yeniyetmənin şəxsiyyəti formalaşır və o istəyir ki, onu bir şəxsiyyət kimi dəyərləndirsinlər, onun fikirlərinə hörmət etsinlər. Yeniyetmə ailədə və cəmiyyətdə bir fərd kimi qəbul olunmaq istəyir. O, damğalanmağı, ona söz deyilməsini istəmir, söz deyilsə belə əsaslı şəkildə deyilməlidir. Ona görə də çox xahiş edirəm ki, validyenlər diqqətli olsunlar. Problem məktəbdən qaynaqlanırsa, bununla bağlı məktəb rəhbərləri əlaqədar qurumlara müraciət etməlidirlər ki, məsələnin həlli istiqamətində addımlar atılsın. Konkret olaraq dünənki hadisədə yeniyetmə ilə ailə arasında yaşanan bir problem var.  Hadisənin bütün ayrıntılarını birbaşa olaraq mətbuata demək olmur. Hər kəsin üzərinə düşən məsuliyyət var, bunu yerinə yetirmək lazımdır. Bəlkə yeniyetmənin ölmək fikri yox idi. Kimsə orada olmasaydı, həmin yeniyetmənin öz probleminə diqqəti çəkmək üçün həyatı sonlanacaqdı. Bu zaman məsuliyyət kimin üzərində olacaqdı? Mətbuatda intihar halları zaman verilən informasiyalara diqqət yetirməli və həssas yanaşmalıdırlar. Hər birimizin övladı var. Bu cür məsələlər ümummilli maraqlar olmalı, fərdi maraqlara xidmət etməməlidir. Məktəblərdə təbii ki, problemlər var. İşini düzgün aparmayan məktəb rəhbərləri də var. Lakin bunu hər kəsə şamil etmək olmur Elina olayı bizim  üçün dərs olmalıdır. Hər məqamı mətbuata açıqlamaq düzgün deyil”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir