Son illərdə dünyada ən çox yayılan xərçəng növlərindən biri də bağırsaq xərçəngidir.
“Gencaile.az” xarici mediaya istinadən xəbər verir ki, Çindən olan alimlərin apardığı araşdırmaya görə, bağırsaq xərçəngi riskinin qarşısını tez-tez soğan yeməklə almaq olar.
Onlar hesab edir ki, insan nə qədər tez-tez soğan yeyirsə, bağırsaq xərçənginin inkişafı riskindən qorunur.
Soğanın bağırsaq xərçəngi riskinə təsirini araşdıran alimlər, nəticədə soğanla zəngin olan müxtəlif növ pəhrizlərin bu təhlükəli onkoloji xəstəliyin qarşısını almağa kömək etdiyini bəyan ediblər. Bu, həm kişilər, həm də qadınlar üçün eyni nəticə göstərir.
Qeyd olunur ki, bu xəstəlik planetdə ən çox yayılmış xərçəng xəstəliklıri arasında üçüncü yerdədir. Çində bağırsaq xərçəngi olan xəstələrin ümumi sayı Amerika və ya Avropaya nisbətən bir qədər aşağı olsa da, hər il bağırsaq xərçəngi xəstələrinin sayı artır.
Bundan əlavə, müəyyən edilib ki, Qərbə köçən asiyalılar bağırsaq xərçəngindən daha çox əziyyət çəkirlər. Bu, xəstəliyin qidalanmadan asılı ola biləcəyi nəzəriyyəsinin ortaya çıxmasında həlledici rol oynayıb. Araşdırma müəllifləri üç böyük klinikadan məlumatlar toplayaraq, 800-dən çox bağırsaq xərçəngi olan xəstəni seçib və onların qidalanmasını tam sağlam insanların qidalanması ilə müqayisə ediblər. Nəticədə, alimlər bu qənaətə gəliblər ki, soğanın aktiv istifadəsi, bağırsaq xərçənginin inkişaf riskini əhəmiyyətli dərəcədə azaltdır.