Artıq qış sezonunun trendləri özünü göstərməyə başlayıb. “Gencaile.az” saytı Türkiyə mətbuatına istinadən həm bu ilin, həm də 2020-ci ilin dəbdə olan qış geyimlərini təqdim edir:
Gödəkcələr
Bu mövsüm naxışlı gödəkcələr olduqca dəbdədir.
Yumşaq kürklər
Peluş (yumşaq) xəzlərdən olan kürklər hər qış mövsümünün əvəzolunmaz geyimidir. Bu il isə daha çox qısa və böyük ölçülü xəz modellər dəbdə olacaq.
“Chelsea” çəkmələr
“Chelsea” çəkmələri kobud görünsə də, düzgün kombinə etdikdə, olduqca dəbli görünür. Bu ayaqqabıları dəri şalvarla geyindikdə çox gözəl trend görünmək olar.
Qolu tüllü koftalar
Bu il qol hissəsi tüldən istifadə edilən koftalar trenddir. Tül detaylı qollar həm koftalarda həm də jaketlərdə isifadə ediləcək.