saxta evlilik

Azərbaycanda saxta boşanmalar: bu yola ən çox kimlər əl atır?

Baxış sayı: 1. 301

Son illər boşanmaların sayına nəzər yetirsək, hər 10 evlilikdən birinin uğursuz alındığını görərik. Cütlüklər, adətən bir-birini başa düşmədikləri üçün yaranan ailədaxili münasibətlər səbəbi ilə boşanırlar. Ancaq bəzi hallarda saxta boşanmalar da nikahların pozulmasına gətirib çıxarır. Saxta boşanmalar dedikdə, tərəflərin hansısa məqsədlə ailə münasibətlərinə son qoymasından söhbət gedir. Ailələr saxta boşanmalara bir sıra səbəblərlə üz tuturlar.

Həmin səbəblər hansılardır? Saxta boşanmaların ümumi boşanma statistikasında payı nə qədərdir və bu cür boşanmalara ən çox meyl edən hansı tərəfdir?

“Müvəkkil” hüquq mərkəzinin sədr müavini, vəkil Könül Quliyeva deyir ki, saxta boşanmalar ən çox xarici ölkə vətəndaşı olmaq niyyəti ilə baş verir:

“Saxta boşanmalar əsasən Qərbi Avropa ölkələrinə getmək istəyən şəxslər tərəfindən reallaşır. Həmin ölkələrin vətəndaşları ilə nikaha girmək məqsədilə Azərbaycandakı rəsmi nikahlarını pozurlar. Məqsəd Qərbi Avropa ölkələrinin vətəndaşlığını əldə etməkdir. Azərbaycanda belə boşanmalar daha çoxdur. Təbii ki, Qərbi Avropanın vətəndaşları da bu statusdan pul almaq məqsədilə istifadə edirlər.

Ən çox rast gəlinən hallardan biri də məhkəmə davası, borcu olan şəxslərdir. Məqsəd birgə nikah dövründə aldıqları borca görə məhkəmə işinin onların əmlaklarına yönəldilməməsidir. Ancaq bunun statistikasını aparmaq çox çətindir”.

Vəkil bu cür boşanmalara ən çox gənc ailələr arasında rast gəlindiyini də bildirir:

“Son zamanlar bu kimi səbəblərdən boşanma halları daha da çoxalıb. Xarici vətəndaşlıq naminə boşanmalara, əsasən, gənc ailələrdə rast gəlinir. Gənc ailələr Avropaya meyllilik üçün saxta nikahlara üstünlük verirlər. Xarici ölkə vətəndaşı olmaq üçün ən çox kişilər nikahlarının pozulması üçün müraciət edirlər. Yaşlı ailələrdə isə borclu olanlar əmlakın yönəldilməməsi məqsədilə bu yola əl atırlar”.

Qeyd edək ki, 2019-cu ilin yanvar-sentyabr qeydiyyat şöbələrində 46898 nikah və 12713 boşanma qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı dəyişməyərək eyni səviyyədə (6,3) qalıb, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir