SAC

60-cı illərin saç stili yenidən dəbdə – FOTOLAR

Baxış sayı: 1. 586

60-cı illərin həcmli “flip”ini stilistlər mövsümün ən dəbli saç yığımı adlandırıb. Tezliklə bu tendensiya ulduzların da seçimləri arasında öz yerini möhkəmlədib.

Jaklin Kennedinin çiyin uzunluğunda olan ən çox sevdiyi ucu sola burulmuş həcmli saç yığımını son bir neçə ay ərzində bir çox ulduzda görmüşük. Bunlar arasında Kayli Jenner, Cenifer Lopez, Sofi Turner, Kardi Bi, Heyli Bolduin və Keti Perini misal çəkmək olar. Yeri gəlmişkən, saç stilini yerli məşhurlar arasında sınaqdan keçirən aktrisa Pərvin Abıyeva olub.

Flip adlandırılan bu düzüm 1960-cı illərdə dəbə minib, lakin onda daha həcmli edilirdi. 1990-cı illərdə yenidən aktuallaşan fasona yarımçıq quyruq əlavə edildi, indi isə saçların daha hamar versiyası dəbdədir.

sac 5

sac 4

sac 3

sac 2

sac 1

sac




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir