beyin

Beyindəki küyü necə azaltmaq olar?

Baxış sayı: 1. 015

ABŞ neyrofizioloqları idmanın təkcə əzələlər üçün deyil, beyin üçün də faydalı olduğu qənaətinə gəliblər. Alimlər bununla bağlı yeni təcrübə aparıblar. Belə ki, bir neçə qrup seçilib, onlar səslər, hecalar və sözlər toplusunu dinləyən zaman müşahidə ediliblər.

Beyinin səs stimullarına cavabı elektroansefaloqrafdan istifadə olunaraq izlənilib. Məlumdur ki, sinir sistemi insanın vəziyyətindən asılı olaraq müxtəlif siqnalları verir. Aktivliyin “sıçrayışları” nə qədər güclü olsa, beyin neyronlarının zəncirləri bir o qədər yaxşı işləyir. İştirakçılar üç qrupa ayrılıblar: musiqiçilər, xarici dillər üzrə mütəxəssislər və idmançılar. İlk iki qrupda beyində xarici qıcıqlara reaksiya olan “fon” səs-küyünün yüksək olduğu aşkarlanıb. İdmançıların elektroensefaloqramında, demək olar ki, heç bir müdaxilə (“fon” səs-küyü) qeydə alınmayıb. Neyrofizioloqlar hesab edirlər ki, idmançılar səs-küylü şəraitdə olarkən də sakit səsləri “tuta bilmək” və buna diqqətlərini cəmləşdirmək qabiliyyətini özlərinə aşılaya bilirlər. Və bu, onlara yarışlarda daha yaxşı çıxış etməyə kömək edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir