Kartof ruleti

Kartof ruletini belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 1. 182

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında növbəti yazını təqdim edirik. Bu dəfə sizi kartof ruletinin necə hazırlanması ilə tanış edəcəyik.

 

Tərkibi:

1 kiloqram kartof, 0,5 kiloqram çəkilmiş ət, 1 ədəd soğan, 250 qram holland pendiri, 2 ədəd yumurtanın sarısı, duz, istiot.

 

Hazırlanması:

Kartofu yuyub, soyub bişiririk. Sonra əti bişiririk. Kartofu yaxşıca əzib, üzərinə duz, istiot və yumurtanın sarısını töküb qarışdırırıq. Kartofu yağlı kağızın üzərinə əlavə edib yayırıq. Üzərinə xırdaladığımız əti əlavə edib, rulet kimi bükürük. Sonra sobaya qoyub 10-15 dəqiqə bişiririk. Sobadan çıxarıb üzərinə sürgəcdən keçirilən pendir əlavə edirik. Yenidən sobaya yerləşdirib, pendir əriyənə kimi sobada saxlayır, sonra süfrəyə veririk.

 

Nuş olsun!

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir