Xəbər verdiyimiz kimi, ölkədə dekabrın 31-dən gələn il yanvarın 6-dək 1 həftə iş olmayacaq. Yeni ili fərqli keçirmək üçün isə əksər vətəndaşlar ya ölkə daxilindəki şəhər, rayonlara, ya da xarici ölkələrə üstünlük verirlər. Bayram günlərini fərqli keçirmək istəyənlər üçün müxtəlif tur şirkətlərinin təklif etdiyi yerlərlə bağlı qiymətləri təqdim edirik.
Onların bəzilərini təqdim edirik (1 nəfər üçün):
1 günlük Şahdağ turu – 17 manatdan başlayaraq,
1 günlük Tufandağ turu – 19 manatdan başlayaraq,
2 günlük Gəncə, Qəbələ, Tufandağ turu – 99 manatdan başlayaraq,
3 günlük Zaqatala, Qax, Şəki, Qəbələ turu – 159 manatdan başlayaraq,
3 günlük Quba, Qusar, Şahdağ turu – 189 manatdan başlayaraq və s.
Otellərdəki qiymətlər (2 nəfər üçün):
3 günlük “Pik Palace” – 1 799 manatdan başlayaraq,
3 günlük “Quba Palace Hotel” – 1 669 manatdan başlayaraq,
3 günlük “Park Chalet” – 1 529 manatdan başlayaraq,
3 günlük “Sahdag” – 1 139 manatdan başlayaraq,
3 günlük “Zirvə Hoteli” – 1 100 manatdan başlayaraq,
3 günlük “Qalaaltı” – 950 manatdan başlayaraq,
3 günlük “Qax El Resort” – 850 manatdan başlayaraq.
Ölkə xarici isə (1 nəfər üçün):
3 günlük Tbilisi, Barjomi, Bakurani, Mtchxeta turu – 139 dollardan başlayaraq,
4 günlük İstanbul turu – 300 dollardan başlayaraq,
4 günlük Sankt Peterburq turu – 590 dollardan başlayaraq,
5 günlük Dubay turu – 600 dollardan başlayaraq,
5 günlük Moskva turu – 620 dollardan başlayaraq,
5 günlük Paris turu – 700 avrodan başlayaraq,
7 günlük Malayziya, Kuala Lumpur turu – 1 155 dollardan başlayaraq,
7 günlük Praqa turu – 1 318 avrodan başlayaraq,
7 günlük Əbu Dabi turu – 899 dollardan başlayaraq,
7 günlük Şarm əş Şeyx turu – 255 dollardan başlayaraq,
7 günlük Antalya turu – 465 dollardan başlayaraq və s.
Qeyd edək ki, qiymətlər gün sayına, xidmətlərə və turlara görə dəyişir.