SIDIK

Sidiyin qoxusu hansı xəstəliklərdən xəbər verir?

Baxış sayı: 1. 018

Bədən siqnallarına biganə qalmayın! Sidiyin rəngi və qoxusundakı dəyişikliklər sağlamlıq problemlərinin əlaməti ola bilər.

Sidik sistemi bədənimizi təmizləməyə kömək edir. Odur ki, onun qoxusu və rənginə əsasən hər hansı xəstəlik olub-olmadığını öyrənə bilərsiniz.

Sidik qoxusunun dəyişməsinin bir neçə səbəbi var.

 

1. Diabet

Sidiyin pis qoxusu qanda şəkər xəstəliyinin əsas simptomlarından biridir.

 

2. Böyrək çatışmazlığı.

Böyrək çatışmazlığının əsas əlamətləri bunlardır: sidiyin kəskin qoxusu, qeyri-şəffaf rəng və köpük. Bu əlamətlərdən ən azı biri varsa, həkimlə məsləhətləşin.

 

3. Süzənək

Xoşagəlməz qoxu və sidik zamanı ağrı süzənək (qonoreya) əlaməti ola bilər. Bu qayda cinsi yolla keçən digər xəstəliklərə də aiddir.

 

4. Böyrək daşları

Sidiyin xoşagəlməz qoxusu və tünd sarı rəngdə olması böyrək daşlarının əlamətidir. Bu simptomlar bel ağrısı ilə tamamlana bilər.

 

5. Sidik yollarının infeksiyası

Qan, ammonyak qoxusu və qəribə rəng sidik yollarının infeksiyasını göstərir. Bu vəziyyət bakteriya və ya mikrob nəticəsində meydana gələ bilər, odur ki, müvafiq müalicəni almağa tələsin.

 

6. Fenilketonuriya

Bu, amin turşularının, əsasən də fenilalaninin pozulmuş metabolizması ilə əlaqəli irsi xəstəlikdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir